Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinistlə görüş keçirilib

AzTU-da Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinistlə görüş keçirilib

10.12.2025     72     AzTU

Azərbaycan Texniki Universitetində (AZTU) Everest zirvəsini fəth edən azərbaycanlı qadın alpinist və təlimçi-pedaqoq Vəfa Musayeva ilə tələbə və əməkdaşların görüşü təşkil olunub.

AzTU rektorunun müşaviri Sevil İmanova bildirib ki, Vəfa Musayeva ilə görüş qadın əzmkarlığının və peşəkar təcrübəsinin nəticələri ilə tanışlıq xarakteri daşıyır. O, Vəfa Musayevanın Everest zirvəsi ilə yanaşı, məşhur Lhotze, Yurhim zirvələrinə, Elbrus, Savalan dağlarına və digər yüksəkliklərə də qalxdığını diqqətə çatdırılıb.

Daha sonra alpinist Vəfa Musayeva çıxış edib. O, alpinizmin insan həyatındakı rolu, yaratdığı ruh yüksəkliyi və güclü özünəinamdan bəhs edib. Vəfa Musayeva həmçinin təcrübələrini bölüşüb, hədəflərinə doğru gedən yolda maneələri aşmasından danışıb.

Tədbir alpinistin sualları cavablandırması ilə davam edib.

Sonda AzTU-nun prorektoru Rəşad Əliyev Vəfa Musayevaya təşəkkür edib və bu tədbirin tələbələrin şəxsi inkişafında motivasiya olacağına inandığını bildirib.

Qeyd edək ki, Vəfa Musayeva Everesti fəth edən ilk azərbaycanlı qadın, ümumilikdə isə bu zirvəyə qalxan 3-cü Azərbaycan alpinistidir.


Related news