Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da “Dayanıqlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda beynəlxalq konfransın bağlanış mərasimi keçirilib

AzTU-da “Dayanıqlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda beynəlxalq konfransın bağlanış mərasimi keçirilib

08.12.2025     78     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU), Mingəçevir Dövlət Universiteti (MDU), Türkiyənin Gazi Universiteti və “HBN Group”un birgə təşkilatçılığı ilə keçirilən “Dayanıqlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda III beynəlxalq konfransın bağlanış mərasimi keçirilib.

AzTU-da keçirilən bağlanış mərasimində rektor Vilayət Vəliyev regionlarda bu formatda beynəlxalq konfransların təşkilinin təqdirəlayiq addım olduğunu bildirib. O, konfransın yüksək səviyyədə təşkilinə görə MDU rəhbərliyinə təşəkkür edib. Rektor qeyd edib ki, bu konfransın nəticəsi olaraq universitetlər multidisiplinar əlaqələri genişləndirməli, beynəlxalq əlaqələrin inkişafına önəm verməlidir.

Daha sonra çıxış edən “HBN Group”un icraçı direktoru Tariyel Dövlətov konfransa hazırlıq mərhələsi və nəticələrdən danışıb. O, bundan sonra da universitetlərlə birgə belə formatda tədbirlərin təşkilində iştiak edəcəklərini bildirib.  

Polşanın Vistula Universitetinin və Cənubi Koreyanın Koreya Universitetinin professoru Şəhriyar Muxtarov konfransın dayanıqlı inkişafa töhfə verəcəyinə əminliyini ifadə edib. Qeyd edib ki, konfransda müzakirə olunan məruzələrin ümumi nəticəsi universitetlərin tədqiqat potensialının gücləndirilməsinə istiqamətlənib.

MDU-nun elmi işlər üzrə prorektoru Natəvan Namazova konfransın yekunu olaraq əsas çağırışları diqqətə çatdırıb. Bildirib ki, 3 gün ərzində regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, universitet-tədqiqat mərkəzləri-dövlət qurumları, həmçinin universitet-sənaye işbirliyinin inkişafı, süni intellektdən istifadənin daha da təkmilləşdirlməsi kimi məsələlər əsas çağırışlardan olub.

Çıxışlardan sonra konfrans işini yekunlaşdırıb.


Related news