Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da “Beynəlxalq Proqramlaşdırma Düşərgəsi” keçirilib

AzTU-da “Beynəlxalq Proqramlaşdırma Düşərgəsi” keçirilib

28.07.2025     58     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) ICPC Azərbaycan İcması, AzTU-nun Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutu, ADA Universiteti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə görkəmli alim və pedaqoq Ramin Mahmudzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Beynəlxalq Proqramlaşdırma Düşərgəsi” keçirilib.

Düşərgə 2025-2026 Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) dörddəbir və yarımfinal mərhələlərinə hazırlıq üçün silsilə təlimlərdən biridir.

Təlimdə Azərbaycanın 13 ali təhsil müəssisəsindən 14 komanda və Belarusiyanın 2 ali təhsil müəssisəsindən 3 komanda (hər komanda 3 tələbə və komanda rəhbəri ilə təmsil olunmaqla), ümumilikdə 17 komanda iştirak edib.

6 gün davam edən təlimlərdə hər gün iştirakçılara müxtəlif alqoritmik mövzularda məsələlərin proqramlarını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmək tapşırıqları verilib. Günün sonunda məsələlərin optimal həlli alqoritmləri şərh olunub. 6 yarışın ümumi nəticələrinə görə iştirakçılara diplom və sertifikatlar təqdim edilib.

 “Beynəlxalq Proqramlaşdırma Düşərgəsi” çərçivəsində Belarus Dövlət Universitetinin professoru Vladimir Kotov “Huawei” şirkətinin müxtəlif mərkəzlərində təcrübə və iş imkanları mövzusunda təqdimat edib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.


Related news