Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrin karyera inkişafına dəstək məqsədilə "Azersun Holding" MMC-nin təşkilatçılığı ilə “Azersun Karyera Günü” adlı tədbir keçirilib.
Tədbir çərçivəsində tələbələr “Azersun Holding”in təqdim etdiyi təcrübə və iş imkanları, karyera inkişafı perspektivləri və əmək bazarına hazırlıq mövzularında vacib məlumatlar əldə edib.
“Çay saatı” formatında tanışlıq və ünsiyyət sessiyası isə tələbələrə şirkət nümayəndələri ilə ünsiyyət qurmaq və suallarını birbaşa ünvanlamaq imkanı yaradıb.
Sonda tədbirin fəal iştirakçılarına şirkətin hədiyyələri təqdim olunub.