Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da AQAS beynəlxalq akkreditasiya proqramına hazırlıq çərçivəsində görüşlər keçirilir

AzTU-da AQAS beynəlxalq akkreditasiya proqramına hazırlıq çərçivəsində görüşlər keçirilir

02.10.2025     28     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Almaniyanın keyfiyyət təminatı agentliyi AQAS tərəfindən keçiriləcək 20 proqramın beynəlxalq akkreditasiya proqramın hazırlıq məqsədilə fakültə və kafedraların məsul şəxsləri ilə silsilə görüşlər təşkil olunur.

Keyfiyyətin təminatı şöbəsi tərəfindən təşkil və koordinasiya edilən görüşlərdə iştirakçılara akkreditasiya proqramının mahiyyəti, məqsədləri və mərhələləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, proqram universitetdə tədris prosesinin beynəlxalq standartlara uyğunluğunu təmin etməklə, AzTU-nun beynəlxalq arenada mövqeyini möhkəmləndirməyə xidmət edir.

Müzakirələr zamanı qeyd olunub ki, proqram çərçivəsində keçiriləcək sahə səfəri xüsusi əhəmiyyət kəsb edir. Bu mərhələdə ESG-2015 meyarlarına əsasən sənədlərə baxılacaq, müsahibələr aparılacaq və yerində baxışlar təşkil ediləcək. Eyni zamanda, təhsilverənlərin və təhsilalanların prosesdə iştirakı, onların rəy və təkliflərinin nəzərə alınması da vacib amillərdən biri kimi vurğulanıb.

Görüşlərdə fakültə və kafedralardan təqdim olunmalı sənədlərin siyahısı, hesabat materialları və digər zəruri məlumatlar barədə də geniş izah verilib. Sənədlərin vaxtında və düzgün hazırlanmasının, həmçinin prosesin şəffaflığının təmin edilməsinin önəmi diqqətə çatdırılıb.

Beynəlxalq akkreditasiya proqramına qoşulmaq AzTU-da tədris keyfiyyətinin yüksəldilməsinə, idarəetmə proseslərinin təkmilləşdirilməsinə və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradacağı üçün bu prosesin komanda olaraq təşkil edilməsi və izlənilməsi hər bir kəsin marağındadır. Bu məqsədlə belə görüşlərin davamlı aparılması nəzərdə tutulur.


Related news