Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU basketbol komandasının qalibiyyəti davam edir - VIDEO

AzTU basketbol komandasının qalibiyyəti davam edir - VIDEO

06.04.2023     517     AzTU

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir.

 

Liqanın 19-cu turunda AzTU komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 110:94 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb. 

Qeyd edək ki, liqanın oyunlarında AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edir.

Oyunları “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz.


Related news