Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

AzTU ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

30.07.2025     53     AzTU

Bu gün Dövlət İmtahan Mərkəzində ali təhsil müəssisələrinin sərgisinin açılışı olub. Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir. Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov iştirakçıları salamlayaraq ali təhsil müəssisələrinə qəbul kampaniyası və müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında duran ən vacib məsələ – ixtisas seçimi haqqında məlumat verib. Daha sonra sərgiyə baxış keçirilib.
 
Qeyd edək ki, Azərbaycan Texniki Universiteti (AzTU) də sərgidə öz stendi ilə təmsil olunur. Hər gün saat 12:00-da AzTU haqqında geniş təqdimat nümayiş olunur.
 
30 iyul – 1 avqust 2025-ci il tarixlərində Mərkəzin elektron imtahanlar korpusunda təşkil olunan sərgidə ziyarətçilər AzTU nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapa bilərlər.

Related news