Sərfəli xidmətləri və davamlı sosial layihələri ilə tanınan mobil operator “Nar” tərəfdaşlıq etdiyi Azərbaycan Texniki Universiteti (AzTU) ilə birgə peşəkar kadr hazırlığı istiqamətində fəaliyyət istiqamətlərini müəyyənləşdirdi.
AzTU-nun rektoru professor Vilayət Vəliyev və “Nar”ın baş icraçı direktoru Özgür Gencin iştirakı ilə keçirilən görüşdə 10 ildən artıq davam edən tərəfdaşlığın tələbələrin gələcək karyerası üçün önəmi vurğulandı. Görüşdən sonra Özgür Genc universitetin nəzdində tələbələr üçün təşkil olunmuş “Nar” laboratoriyasına baxış keçirdi. Mobil rabitə cihazları ilə təzhic olunmuş bu laboratoriya tələbələrə lokal mobil şəbəkə yaratmağa və mobil rabitənin iş prinsiplərini təcrübədə öyrənməyə imkan verir.
Texniki təminatdan başqa, “Nar” AzTU tələbələrinin nəzəri biliklərinin də artırılması üçün mütəmadi olaraq təlimlər təşkil edir. Bu təlimlər texniki ixtisaslar üzrə təhsil alan tələbələrə əmək bazarının bugünkü tələbləri barədə məlumat verir və onları gələcək iş həyatına hazırlayır.