Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Azərbaycan Texniki Universiteti və “Nar” rəhbərliyi bu ilin əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdi

Azərbaycan Texniki Universiteti və “Nar” rəhbərliyi bu ilin əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdi

25.02.2026     189     AzTU

Azərbaycan Texniki Universiteti və “Nar” rəhbərliyi bu ilin əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdi

Sərfəli xidmətləri və davamlı sosial layihələri ilə tanınan mobil operator “Nar” tərəfdaşlıq etdiyi Azərbaycan Texniki Universiteti (AzTU) ilə birgə peşəkar kadr hazırlığı istiqamətində fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Bu əməkdaşlıq birbaşa olaraq Dayanıqlı İnkişaf Məqsədi 9: Sənaye, İnnovasiya və İnfrastruktur çərçivəsində universitet-sənaye işbirliyinin inkişafına xidmət edir və ölkədə dayanıqlı sənayeləşmə prosesinə töhfə verir.

AzTU-nun rektoru professor Vilayət Vəliyev və “Nar”ın baş icraçı direktoru Özgür Gencin iştirakı ilə keçirilən görüşdə 10 ildən artıq davam edən tərəfdaşlığın tələbələrin gələcək karyerası üçün önəmi vurğulandı. Görüşdən sonra Özgür Genc universitetin nəzdində tələbələr üçün təşkil olunmuş “Nar” laboratoriyasına baxış keçirdi. Mobil rabitə cihazları ilə təchiz olunmuş bu laboratoriya müasir texnoloji infrastrukturun qurulmasına əyani nümunədir və tələbələrə lokal mobil şəbəkə yaratmağa və mobil rabitənin iş prinsiplərini təcrübədə öyrənməyə imkan verir. Bu cür laboratoriyalar innovasiyaların təşviqi və gənclərin texnoloji imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Texniki təminatdan başqa, “Nar” AzTU tələbələrinin nəzəri biliklərinin də artırılması üçün mütəmadi olaraq təlimlər təşkil edir. Bu təlimlər texniki ixtisaslar üzrə təhsil alan tələbələrə əmək bazarının bugünkü tələbləri barədə məlumat verir və onları gələcək iş həyatına hazırlayır. Nəticə etibarilə, bu təşəbbüs ixtisaslı işçi qüvvəsinin formalaşdırılmasına və ölkənin iqtisadi inkişafına töhfə verməklə yanaşı, rəqabətqabiliyyətli infrastrukturun yaradılmasında mühüm rol oynayır. “Nar” və AzTU arasındakı bu uzunmüddətli tərəfdaşlıq bilik və texnologiya transferini təmin edərək ölkənin mühəndislik potensialının gücləndirilməsinə xidmət edir.


Digər xəbərlər