Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Azərbaycan Texniki Universiteti TÜRKÜNİB-ə üzv qəbul edilib

Azərbaycan Texniki Universiteti TÜRKÜNİB-ə üzv qəbul edilib

28.10.2025     54     AzTU

Özbəkistan Respublikasının Daşkənd şəhərində Daşkənd Beynəlxalq Universitetinin ev sahibliyi ilə Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 8-ci Baş Assambleyasının iclası keçirilib.

İclasda Azərbaycan Texniki Universiteti (AzTU) də daxil olmaqla ümumilikdə Azərbaycanın 13 universiteti TÜRKÜNİB-ə yeni üzv qəbul olunub.

Tədbir çərçivəsində üzv universitetlər arasında elm və təhsil sahəsində proqramların uyğunlaşdırılması, tələbə və müəllim mübadilələrinin artırılması, eləcə də birgə akademik fəaliyyət, layihə və konfransların təşkili, həmçinin mədəniyyət, elm və idman sahələrində müsabiqələrin keçirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.


Related news