Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AQAS ekspertlərinin AzTU-ya sahə səfəri uğurla yekunlaşıb

AQAS ekspertlərinin AzTU-ya sahə səfəri uğurla yekunlaşıb

26.01.2026     86     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) ali təhsilin keyfiyyətinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi istiqamətində mühüm nailiyyət əldə olunub. Almaniyanın nüfuzlu keyfiyyət təminatı agentliyi olan AQAS (Agency for Quality Assurance through Accreditation of Study Programmes – Ali Təhsilin Keyfiyyətinin Xarici Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi) tərəfindən universitetdə həyata keçirilən 10 bakalavr və 10 magistr olmaqla ümumilikdə 20 təhsil proqramının beynəlxalq akkreditasiya prosesi başa çatıb.

Beynəlxalq proqram akkreditasiya prosesi ərzində AQAS-ın beynəlxalq ekspertlərdən ibarət nümayəndə heyəti AzTU-ya 4 sahə səfəri həyata keçirib. Akkreditasiya prosesində iştirak edən 20 təhsil proqramı məzmun və istiqamətlərinə uyğun olaraq 4 klaster üzrə qruplaşdırılıb.

Elektrik mühəndisliyi – 29-31 oktyabr 2025-ci il

Kompüter mühəndisliyi və informasiya texnologiyaları - 8-10 dekabr 2025-ci il

Maşın mühəndisliyi – 14-16 yanvar 2026-cı il

Nəqliyyat və logistika – 21-22 yanvar 2026-cı il

Akkreditasiyası zamanı tədris proqramlarının məzmunu, əmək bazarının tələblərinə uyğunluğu, sənaye ilə əməkdaşlıq səviyyəsi, tələbələrin praktik bacarıqlarının formalaşdırılması, təlim-tədris prosesi, akademik heyətin peşəkarlıq səviyyəsi, maddi-texniki baza, tələbəyönümlü yanaşmalar, qiymətləndirmə mexanizmləri, daxili keyfiyyət təminatı sisteminin fəaliyyəti hərtərəfli şəkildə təhlil olunub.

Qiymətləndirmə zamanı AQAS ekspertləri AzTU-da həyata keçirilən islahatları, təhsil proqramlarının strukturlaşdırılmasını və davamlı inkişaf yönümlü yanaşmanı müsbət qiymətləndirib, təkmilləşmə ilə bağlı tövsiyələr veriblər.

Qeyd edək ki, AQAS tərəfindən akkreditasiya olunmuş proqramlar Avropa Ali Təhsil Məkanında tanınır. Bu, AzTU məzunlarının diplomlarının beynəlxalq səviyyədə tanınmasına, tələbə və müəllim mübadiləsinin genişlənməsinə, universitetin beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfələr verəcək.

Əldə olunan nəticə AzTU-nun keyfiyyətin davamlı təminatı siyasətinin və beynəlxalq standartlara inteqrasiya istiqamətində atılan məqsədyönlü addımların bariz göstəricisidir. AzTU gələcək dövrdə də strateji inkişaf xəttinə təhsil proqramlarının beynəlxalq akkreditasiyasının genişləndirilməsi və ali təhsilin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.


Related news