Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

“Mobillik” planının hazırlanması çərçivəsində sorğu və monitorinqlər keçirilib

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında 22.01.2022-ci il tarixli 25 №-li Sərəncamının icrasının təmin olunması istiqamətində Azərbaycan Texniki Universitetində (AzTU) tədqiqatların aparılması davam etdirilir. Sərəncamın icrası çərçivəsində AzTU-da Bakı, Gəncə və Sumqayıt şəhərləri istisna olmaqla, digər 16 şəhərdə mobillik planının həyata keçirilməsi istiqamətində işlər aparılır. Planın icrasının təmin olunması məqsədilə şəhər nəqliyyat sisteminin inkişafı üçün nəqliyyat və nəqliyyat-sosioloji vəziyyətin təhlilinə (nəqliyyat və marşrut şəbəkəsinin monitorinqi – avtobus marşrutlarında sahələr üzrə sərnişinlərin sayılması, yol ayrıclarında intensivlik və işıqforların iş rejiminin müəyyən edilməsi və s.) dair ilkin verilənlər (data) toplanılır. İlkin mərhələdə Nəqliyyat və logistika fakütəsinin bakalavr və M151aB, M161a3 qruplarında təhsil alan tələbələri 14 noyabr – 2 dekabr 2022-ci il tarixlərində Şəmkir, Yevlax və Naftalan şəhərlərində aparılan sorğu və monitorinqlərə cəlb edilib. Hazırda nəticələrin emalı və təhlillərin aparılması davam etdirilir. Qeyd edək ki, layihə üzrə işləri AzTU-nun Logistika və Nəqliyyat İnstitutu ilə Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzi birgə həyata keçirir.    

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında 22.01.2022-ci il tarixli 25 №-li Sərənc ..

2022-12-06
AzTU

AzTU-nun keçmiş dosenti 85 yaşında vəfat edib

  Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasının keçmiş dosenti Ümid Yusif 85 yaşında vəfat edib. AzTU-nun rəhbərliyi və kollektivi Ümid Yusifin vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir. Allah rəhmət eləsin!

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasının keçmiş dosenti Ümid Yusif 85 yaşında vəfat edib. AzTU-nun rəhbərliyi və kollektivi Ümid Yusifin vəf ..

2022-12-06
AzTU

Brandenburq Texniki Universitetinin professoru AzTU tələbələri ilə görüşüb

Brandenburq Texniki Universitetinin (BTU) professoru, Azərbycan Texniki Universitetinin (AzTU) fəxri doktoru Sylvio Simon Maşınqayırma və robototexnika fakültəsinin tərkibində yaradılan alman dilli qrupunda təhsil alan tələbələrlə görüşüb. Görüşdə tələbələrə BTU haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin tərkibində yaradılan alman dilli qrupunda təhsil alan tələbələr BTU-da təcrübə keçmək, həmçinin Avropa İttifaqının “Erasmus+” mübadilə proqramı çərçivəsində 1 semestr ərzində təhsil almaq, gələcəkdə magistratura səviyyəsində tədrisi davam etdirmək, konfranslarda və yay məktəblərində iştirak etmək və s. imkanlardan yararlana bilər. Alman dili səviyyələri yüksək olduğu üçün, bu qrupda təhsil alan tələbələr müstəqil olaraq Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramlarında iştirak edə bilərlər. Görüşün sonunda tələbələrin sualları cavablandırılıb. 

Brandenburq Texniki Universitetinin (BTU) professoru, Azərbycan Texniki Universitetinin (AzTU) fəxri doktoru Sylvio Simon Maşınqayırma və robototexnika fakültəsinin tərkibində yaradılan alm ..

2022-12-06
AzTU

AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının nəzdində yaradılmış “IT Woman Club” və “IT Brains Academy”nin birgə təşkilatçılığı ilə “İT sahəsində ilk addımlar” adlı təlimin açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən AzTU-nun rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşad Əliyev İT, proqramlaşdırma, rəqəmsal marketinq və SMM sahələrinin müasir dövrdə vacibliyindən danışıb. O, bu istiqamətdə təhsil alan, biliklərini daim inkişaf etdirən gənclərə uğurlar arzulayıb. AzTU SABAH mərkəzinin rəhbəri Aytən Sadıqova tələbələrə yaradılan imkanlardan bəhrələnməyi tövsiyə edib və əldə edəcəkləri biliklərin onların gələcək karyeralarında mühüm rol oynayacağını deyib. Elm və Təhsil Nazirliyi SABAH İcra Komitəsi rəhbərinin tələbələrlə iş üzrə müvaini Sevinc Əliyeva, “IT Brains Academy”nin rəhbəri Orxan Məmmədov universietlərin SABAH qruplarında təhsil alan tələbələr üçün faydalı təlimlərin keçirilməsinə hər zaman şərait yaratdığı üçün AzTU rəhbərliyinə təşəkkür ediblər. Daha sonra  “IT Woman Club”un yaradıcılarından olan  AzTU SABAH qruplarının üçüncü kurs tələbəsi Sevinc Yaqubzadə təlimin keçirilməsi ilə bağlı müvafiq qaydaları tələbələrin diqqətinə çatdırıb.    

Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının nəzdində yaradılmış “IT Woman Club” və “IT Brains Academy”nin birgə təşkilatçılığı ilə “İT sahəsində ilk add ..

2022-12-06
AzTU

Brandenburq Texniki Universitetinin nümayəndə heyəti AzTU-ya səfər edib

Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində BTU-nun professoru, AzTU-nun fəxri doktoru Sylvio Simon və universitetin elmi işçisi Yuliya Marozova AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Görüşdə AzTU ilə BTU arasında mövcud əməkdaşlıq imkanları müzakirə olunub, həmçinin gələcəkdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.   Rektor Vilayət Vəliyev AzTU-da yeni yaradılan Alman mühəndislik fakültəsi barədə qonaqlara məlumat verib. Bildirib ki, fakültə alman mühəndislik konsepsiyası əsasında qurulacaq. Fakültənin formalaşmasında BTU-nun təcrübəsindən də istifadə edilməsi planlaşdırılır. AzTU-da olmaqdan məmnunluğunu ifadə edən Sylvio Simon yeni yaradılan fakültənin işinə uğurlar arzulayıb. Sylvio Simon Alman mühəndislik fakültəsinin yaradılmasının AzTU ilə BTU arasında əlaqələrin inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.  

Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində BTU-nun professoru, AzTU-nun fəxri doktoru Sylvio Simon və universi ..

2022-12-05
AzTU

AzTU-da “Gələcək üçün bacarıqlar” layihəsinin mentorluq və “TUSİ (2C)” inkubasiya proqramları çərçivəsində görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov və Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin iştirakı ilə “TUSİ (2C)” inkubasiya proqramları çərçivəsində görülən işlərlə bağlı AzTU-da görüş keçirilib. Görüşdə, həmçinin AzTU-nun prorektoru Rəşad Əliyev, universitetin Rəqəmsal şurasının katibi Osman Gündüz, mentorlar, tələbələr və startap təsisçiləri iştirak edib. Görüş çərçivəsində Dövlət Agentliyi və AzTU tərəfindən innovasiya sahəsində həyata keçirilən işlər, ölkəmizdə startap ekosisteminə dəstək tədbirləri haqqında geniş məlumat verilib. Sonra mentorlarla və inkubasiya proqramına qoşulmuş tələbələrlə açıq müzakirələr və fikir mübadiləsi aparılıb, həmçinin layihənin gedişatı barədə tələbələrin və müəllimlərin fikirləri dinlənilib. “Gələcək üçün bacarıqlar” layihəsinin ikinci komponenti olan " TUSİ(2C)" inkubasiya proqramı hazırda ölkəmizin 4 universitetində, mentorluq proqramı isə 12 universitetində həyata keçirilir. Qeyd edək ki, AzTU-nun müəllimləri 2021-ci ilin aprel ayından mentorluq proqramına, tələbələri isə 2022-ci ilin aprel ayından "TUSİ(2C)" inkubasiya proqramına qoşulub. Xatırladaq ki, İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, təhsil prosesində tələbələrə innovativ ideyalarını inkişaf etdirmək üçün dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsidir.  

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov və Azərbaycan Texniki Universitetinin ..

2022-12-05
AzTU

AzTU-da kitab satış-sərgisi keçirilir

Azərbaycan Texniki Universitetində (AzTU) kitab satış-sərgisi keçirilir. AzTU və "Qanun" nəşriyyatının təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan və dünya ədəbiyyatından müxtəlif əsərlər nümayiş olunur. Sərgi dekabrın 7-nə kimi davam edəcək.  

Azərbaycan Texniki Universitetində (AzTU) kitab satış-sərgisi keçirilir. AzTU və "Qanun" nəşriyyatının təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan və dünya ədəbiyyatın ..

2022-12-05
AzTU

AzTU-nun tələbəsi alpaqut üzrə Azərbaycan çempionu olub

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə keçirilən alpaqut turan döyüş sənəti üzrə VII Azərbaycan çempionatı başa çatıb. Çempionatda Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və loqistika fakültəsinin dördüncü kurs tələbəsi Tərlan Ağayev 70-75 kq çəki dərəcəsində mübarizə aparıb.   Tərlan Ağayev alpaqut idman növünün qurşaq sistemi üzrə bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıb.

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə keçirilən alpaqut turan döyüş sənəti üzrə VII Azərbaycan çempionatı baş ..

2022-12-02
AzTU

AzTU-da yeni mərkəz və fakültə yaradıldı

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib. İclasda universitet üzrə akkreditasiya özünütəhlil hesabatı müzakirə edilərək təsdiq olunub. Bundan başqa, qış imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.   İclasda son illər AzTU-nun Türkiyə və Almaniyanın ən qabaqcıl universitetləri ilə əməkdaşlıq əlaqələrinin inkişafından danışılıb. Qeyd olunub ki, AzTU-nun Türkiyə, eləcə də türkdilli ölkələrin universitetləri ilə müvafiq sahələrdə əməkdaşlığı uğurla inkişaf edir. Bu universitetlərlə birgə layihələrin həyata keçirilməsi, tədqiqat işlərinin yerinə yetirilməsi, həmçinin uzaq məsafələrin qısaldılması və işlərin daha operativ həlli üçün AzTU-da Türk Dünyası Mühəndislik Mərkəzinin yaradılması təklifi şura üzvlərinin yekdil rəyi ilə qəbul olunub.   Həmçinin bildirilib ki, AzTU-nun Almaniya universitetləri ilə uzunillik əməkdaşlığı var. Belə ki, artıq bir neçə ildir AzTU-nun maşın mühəndisliyi ixtisasına yüksək balla qəbul olunan abituriyentlər Maşınqayırma və robototexnika fakültəsinin tərkibində yaradılan alman dilli qrupunda təhsil ala bilir. Bundan əlavə alman dili səviyyələri yüksək olduğu üçün onların müstəqil olaraq Alman Akademik Mübadilə Xidmətinin təqaüd proqramlarında da iştirak etmək imkanları var. AzTU-nun Almaniya universitetləri ilə əlaqələrinin daha da dərinləşməsi yeni fakültənin yaradılmasını zəruri edir. Müzakirələrdən sonra AzTU-da Alman mühəndislik fakültəsinin yaradılması qərara alınıb. Daha sonra cari məsələlərə baxılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib. İclasda universitet üzrə akkreditasiya özünütəhlil hesabatı müzakirə edilərək təsdiq olunub. Bu ..

2022-12-02
AzTU

Kibertəhlükəsizlik kafedrasının əməkdaşları “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda elmi-praktik konfransda çıxış edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik kafedrasının əməkdaşları “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda onlayn keçirilən elmi-praktik konfransda iştirak ediblər. AzTU, Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda kafedra əməkdaşları sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi məsələləri, kiber-fiziki sistemlərdə autentifikasiya metodları, sosial şəbəkələrdə yayılmış fişinq hücumları, elektron poçt sistemlərinin təhlükəsizliyi problemləri, informasiya texnologiyalarının təhlükəsizliyinin qiymətləndirilməsi metodları, sıfır bilik verməklə isbat əsasında kriptovalyutalar və kibertəhlükəsizlik laboratoriyaların qurulmasına yanaşmalar mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələr ətrafında aparılan müzakirələrdə qeyd olunan mövzularda birgə tədqiqatların aparılması təklif olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik kafedrasının əməkdaşları “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda onlayn keçirilən elmi-praktik konfran ..

2022-12-02