Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

AzTU “dövlət-universitet-sənaye” tandemində yeni layihənin icrasına başlayır

  Universitet-sənaye işbirliyinin genişləndirilməsi çərçivəsində “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə 8 may 2023-cü il tarixində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Yevlax, Göyçay və Şəki Şəhər İcra hakimiyyətləri arasında müqavilə imzalanıb. Qeyd edək ki, müqavilə Dayanıqlı inkişaf məqsədlərinin ardıcıl həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.4.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” qərarına uyğun işlərin görülməsini nəzərdə tutur.   İmzalanma mərasimlərində AzTU-nun rektoru Vilayət Vəliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun iştirakı ilə keçirilən geniştərkibli görüşdə bildirilib ki, müqavilənin Ulu Öndərin 100 illiyi ərəfəsində imzalanması və “Heydər Əliyev İli”ndə icra olunması mühüm hadisə olmaqla bərabər onun irsinin davamına əhəmiyyətli töhfədir. Məhz Ulu Öndər şəhərlərimizin, o cümlədən Yevlax şəhərinin dayanıqlı inkişafına, xüsusilə də yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına ciddi fikir verir və bu işlərə şəxsən özü rəhbərlik edirdi. Qeyd olunub ki, bu planlı və məqsədyönlü işlərin davamı olaraq, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Dayanıqlı inkişaf məqsədlərinin hədəf, meyar və göstəriciləsinin milliləşdirilməsi üçün genişmiqyaslı, məqsədyönlü və əhəmiyyətli işlər ardıcıl olaraq həyata keçirilir. Odur ki, icrasına başlanılan sözügedən layihə məhz 2030-cu ilədək atılacaq addımların gündəliyində yerli tərəfdaşların bilavasitə iştirakı ilə qarşıya qoyulan 11-ci məqsədin həyata keçirilməsinə xidmət edir. Bu məqsəd üzrə qarşıya qoyulan işlərin görülməsi özündə təhlükəsiz, hamı üçün əlverişli, əlçatan və dayanıqlı nəqliyyat sistemləri, xüsusilə həssas vəziyyətdə olanların, qadınların, uşaqların, əlillərin və yaşlı insanların ehtiyaclarına xüsusi diqqət yetirməklə, ictimai nəqliyyatın genişləndirilməsi yolu ilə təhlükəsizliyin yaxşılaşdırlmasını ehtiva edir. Görüşlərdə Yevlax, Göyçay və Şəki Şəhər İcra hakimiyyətlərinin əməkdaşları, həmçinin AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova iştirak edib. Görüşlər çərçivəsində AzTU-nun Sosial İnkişaf Mərkəzinin aparıcı mütəxəssisi, qabaqcıl təhsil işçisi, “Dədə Qorqud” mükafatı laureatı Naqiyə Rzayevanın əl işi olan rəsm əsəri Rayon İcra hakimiyyətlərinin başçılarına təqdim edilib. Məlumat üçün bildirək ki, “dövlət-universitet-sənaye” tandeminin ən bariz nümunəsi olan “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” üzrə məsləhət xidmətinin layihəsi Rayon İcra hakimiyyətləri ilə AzTU arasında ilk layihədir. AzTU-nun nəqliyyat istiqaməti üzrə professor-müəllim heyəti və universitetin tələbələrinin cəlb edilməsi ilə həyata keçirilməsi planlaşdırılan layihə üzrə başlanğıc (kickoff meeting) görüş keçirilib, ilkin müzakirələr, layihənin gedişatına dair fikir mübadiləsi aparılıb.           ОтветитьПереслать    

Universitet-sənaye işbirliyinin genişləndirilməsi çərçivəsində “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə 8 may 2023-cü il tarixində Azərbaycan Texn ..

2023-05-08
AzTU

AzTU-da "Kitab Klubu"nun təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Kitabxana İnformasiya Mərkəzinin nəzdində yaradılan "Kitab Klubu"nun təqdimatı keçirilib. Tədbirdə AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov çıxış edərək kitabın insanın fhəyatındakı rolundan danışıb. Sübhan Namazov tələbələrin mütaliə vərdişlərinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verib.  Daha sonra “Kitab Klubu”nun təsisçisi, Kitabxana İnformasiya Mərkəzinin əməkdaşı Lamiyə Miryaqubova “Kitab seçimində haqlıyıqmı?” mövzusunda çıxış edib. O, ödənişsiz mütaliə platformaları və dünyada ən çox oxunan kitablar (bestseller) haqqında tələbələrə ətraflı məlumat verib. 

Azərbaycan Texniki Universitetində (AzTU) Kitabxana İnformasiya Mərkəzinin nəzdində yaradılan "Kitab Klubu"nun təqdimatı keçirilib. Tədbirdə AzTU-nun elm və innovasiyalar üzrə prorekto ..

2023-05-08
AzTU

AzTU ilə AKTA arasında əməkdaşlıq genişlənir

8 may 2023-cü il tarixində Azərbaycan Texniki Universitetinin (AzTU) ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) rəhbərliyi və nümayəndə heyəti və Türkiyədən təşrif buyurmuş kriptoqrafiya üzrə mütəxəssis Dr. Pinar Gurkan Balikçıoğlu arasında görüş keçirilib. AKTA-nın ölkənin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsindəki rolundan və yaxın gələcək üzrə hədəflərindən bəhs edən AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov digər sahələrlə yanaşı kriptoqrafiya sahəsində də qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu vurğulayıb. Görüş zamanı kriptoqrafiya sahəsində ölkə üzrə kadr potensialının gücləndirilməsində təlim və tədrisin əhəmiyyəti və digər əlaqəli mövzular ətrafında müzakirələr aparılıb. Bununla yanaşı, sahə üzrə fəaliyyətin təkmilləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi məqsədilə birgə addımların atılması barədə danışıqlar aparılıb.

8 may 2023-cü il tarixində Azərbaycan Texniki Universitetinin (AzTU) ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) rəhbərliyi və nümayəndə heyəti və Türk ..

2023-05-08
AzTU

AzTU-da “6-cı CODE Beynəlxalq Bakı 2023” mövzusunda konfrans keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU), IMAQ Araşdırma Qrupu və  İslamabad Vəqf Universitetinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “6-cı CODE (6th International Conference of Developing Entrepreneurs) Beynəlxalq Bakı 2023” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə universitetin foyesində Ümummilli Liderin büstü önünə güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Tədbiri giriş sözü ilə açan AzTU-nun rektoru Vilayət Vəliyev region ölkələrində texnologiya, innovasiya və kommersiyalaşdırmanın inkişafına yönəlmiş beynəlxalq konfransın əhəmiyyətindən danışıb. Azərbaycanın innovativ sahədə əldə etdiyi nailiyyətləri qeyd edən rektor müasir texnologiyaların inkişafında texniki universitetlərin rolunu və önəmini xüsusi vurğulayıb. Vilayət Vəliyev AzTU-da universitet-sənaye işbirliyinin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən yeniliklər haqqında da ətraflı məlumat verib. Daha sonra çıxış edən Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının prezidenti Khurram Javaid Bhatti, Pakistanın Azərbaycandakı səfirinin müavini Moazzam Ali Sahito, İslamabad Vəqf Universitetinin rektoru Şaqufta Akhtar, Konya Texnokəndinin prezidenti Mehmet Hamurcu və başqaları texnoloji tərəqqi, innovasiyaların sənayedə tətbiqi, elmi tədqiqatların kommersiyalaşdırılması ilə bağlı universitet texnoparklarının əhəmiyyətindən danışıblar. Konfrans işini panel iclaslarla yekunlaşdırıb.    

Azərbaycan Texniki Universiteti (AzTU), IMAQ Araşdırma Qrupu və İslamabad Vəqf Universitetinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə h ..

2023-05-05
AzTU

AzTU-da “Uğurlu motivasiya məktubunu necə hazırlamalı” mövzusunda seminar keçirilib

Azərbaycan Texniki Unversitetində (AzTU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD)  təqaüd proqramlarına müraciət üçün “Uğurlu motivasiya məktubunu necə hazırlamalı” mövzusunda məlumatlandırma tədbiri keçirilib. DAAD-nin AzTU-da alman dili müəllimi Klaudio Kasperl təqaüd proqramlarına müraciət zamanı tələb olunan sənədlər toplusu və motivasiya məktubunun düzgün hazırlanması qaydaları barədə tələbələrə ətraflı məlumat verib. Daha sonra nümunə üzərindən tələbələrə motivasiya məktubunda nəzərə alınmalı əsas məqamlar izah olunub.   Sonda tələbələrin mövzu üzrə sualları cavablandırılıb.  

Azərbaycan Texniki Unversitetində (AzTU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramlarına müraciət üçün “Uğurlu motivasiya məktubunu necə hazırlamalı” mövzusunda ..

2023-05-04
AzTU

AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub. AzTU-da keçirilən tədbirdə rektor Vilayət Vəliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkilləri Şahin İsmayılov, Məlahət İbrahimqızı, Anar Məmmədov, Naqif Həmzəyev, Rüfət Quliyev, Fatma Yıldırım və universitet nümayəndələri iştirak edib. Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra “AzTU TV”nin Ulu Öndər haqqında hazırladığı video nümayiş etdirilib. AzTU-nun rektoru Vilayət Vəliyev görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, onun milli dövlətçilik strategiyasından danışıb. Bildirib ki, bugünkü müstəqilliyimizin təməli məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə qoyulub. Rektor deyib ki, dahi şəxsiyyət Heydər Əliyev türk dünyasının lideri idi. Azərbaycanla türk dünyası arasında əlaqələrin qurulmasında Ulu Öndərin əvəzsiz xidmətləri xüsusi vurğulanıb. Rektor bildirib ki, azərbaycançılıq ideologiyasının yaranması və inkişafı da məhz Ulu Öndərin adı ilə bağlıdır. Bu gün ümummilli lider Heydər Əliyevin siyasi xətti Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkilləri Məlahət İbrahimqızı, Anar Məmmədov, Naqif Həmzəyev və Rüfət Quliyev Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolundan danışıblar, onun ölkəyə rəhbərlik etdiyi illərdə misilsiz xidmətləri ilə bağlı fikirlər bildiriblər. Qeyd olunub ki, Ümmummilli Lider Azərbaycanın bu günü və gələcəyi üçün zəngin irs qoyub. Xalqın yaddaşında xilaskar obrazı ilə qalan Heydər Əliyevin ideyaları daim yaşayacaq. Çıxışlardan sonra AzTU-nun ictimai-sosial həyatında fəallıq göstərən partiya üzvləri YAP Yasamal rayon təşkilatı tərəfindən fəxri fərmanla mükafatlandırılıb. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni üzv olan əməkdaş və tələbələrə üzvlük vəsiqələri təqdim olunub.     

Azərbaycan Texniki Universiteti (AzTU) və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbir ke ..

2023-05-04
AzTU

AzTU-nun prorektoru İzmir-İstanbul-Bakı Meqa Texnologiya Dəhlizinin açılışında iştirak edib

  Azərbaycan Texniki Universitetini (AzTU) prorektoru Rəşad Əliyev İzmir-İstanbul-Bakı Meqa Texnologiya Dəhlizinin açılış mərasimində iştirak edib.  Daha ətraflı: 

Azərbaycan Texniki Universitetini (AzTU) prorektoru Rəşad Əliyev İzmir-İstanbul-Bakı Meqa Texnologiya Dəhlizinin açılış mərasimində iştirak edib. Daha ətraflı: ..

2023-05-03
AzTU

AzTU əməkdaşları Türkiyədə beynəlxalq həftədə iştirak ediblər

Azərbaycan Texniki Universitetinin (AzTU) Universitet-Sənaye Əməkdaşlığı və Ömürböyü Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova, Tədris şöbəsinin təcrübə qrupunun rəhbəri Tuti Abdullayeva və Beynəlxlaq əlaqələr şöbəsinin beynəlxalq layihələr qrupunun rəhbəri Mətanət Paşayeva Türkiyənin Kütahya Dumlupınar Universitetinin ”Erasmus+ KA1” proqramı çərçivəsində təşkil etdiyi beynəlxalq həftədə iştirak ediblər. 15 ölkənin  ali təhsil müəssisəsindən 70-ə yaxın nümayəndənin qatıldığı tədbirin ilk günündə iştirakçı universitetlərin beynəlmiləlləşmə və mobillik mövzusunda təqdimatları olub. Həftə ərzində “Beynəlxalq layihələrin idarə olunması və davamlılığının təmin olunması”, “Beynəlxalq şəbəkələr və strategiyanın əhəmiyyəti”, “Universitetlərdə beynəlxalq əməkdaşlıqlar: Dəyişən kontekstdə yeni tələb və fürsətlər”, “Beynəlxalq tələbələr və fürsətlər: Çətinliklərə üstün gəlmək”, “Akademik heyət üçün beynəlxalq əməkdaşlıq fürsətləri: Onlayn beynəlxalq yay məktəbi” mövzularında müzakirələr aparılıb. Səfər çərçivəsində tədbir iştirakçıları Kütahya Dumlupınar Universitetinin tədris və tədqiqat infrastrukuru ilə tanış olublar.  

Azərbaycan Texniki Universitetinin (AzTU) Universitet-Sənaye Əməkdaşlığı və Ömürböyü Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova, Tədris şöbəsinin təcrübə qrupunun rəhbəri ..

2023-05-03
AzTU

AzTU participates in the “SKY Global Internship” Exchange Program

In order to train young engineers in line with the demands of the labor market, technical universities, including Azerbaijan Technical University (AzTU), are launching new projects. Since 2022, AzTU has started a close collaboration with Turkish Aerospace Industries (TUSAŞ) to develop practical skills for young people. As part of this cooperation, Nijat Bakirli, an expert from the Defense Industry Institute at AzTU, Malik Aliyev, the head expert of the Social Development Center and assistant at the Radioelectronics and Aerospace Systems Department, Bibixanım Jabbarli, a doctoral candidate (part-time) in Device Manufacturing Technology (3311.01) and Meraj Abasquliyev, a first-year master’s student in Mechanical Engineering, participated in the “SKY Global Internship” Exchange Program, which took place from May 2-26, 2023. The program also saw the participation of a 6-person delegation from the National Aviation Academy (NAA), including faculty and students, as part of AzTU’s initiative to integrate modern practices and increase mutual opportunities.  It is important to note that, according to the mutual agreement with TUSAŞ, 20 spots are allocated for AzTU students in the internship programs. The coordination of student selection and requirements for this initiative is managed by AzTU’s University-Industry Cooperation and Lifelong Learning Center.

In order to train young engineers in line with the demands of the labor market, technical universities, including Azerbaijan Technical University (AzTU), are launching new projects. Since 2022, AzTU h ..

2023-05-03
AzTU

AzTU-da “Yol hərəkətinin təhlükəsizliyi” layihəsinin təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “Yol hərəkətinin təhlükəsizliyi” layihəsinin təqdimatı keçirilib.  Tədbirdə tələbələrə yol hərəkəti qaydaları, son illər yollarda baş verən qəzalar və səbəbləri barədə ətraflı məlumat verilib.  Layihə çərçivəsində yol hərəkətinin təşkili və təhlükəsizliyi qaydaları ilə bağlı təlim keçirilib.   

Azərbaycan Texniki Universitetində (AzTU) “Yol hərəkətinin təhlükəsizliyi” layihəsinin təqdimatı keçirilib. Tədbirdə tələbələrə yol hərəkəti qaydaları, son illər yollarda ..

2023-05-02