Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU TGT-nin yeni logosu təqdim olunub

AzTU TGT-nin yeni logosu təqdim olunub

29.09.2023     1088     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatının (TGT) yeni loqosu təqdim olunub. Minimalist üslubda hazırlanan loqonun təsvirində göy rəngdən istifadə olunub ki, bu da müasirliyi, gücü, həmçinin əzmi özündə əks etdirir.

Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının çətiri altında birləşən, fəaliyyəti və keyfiyyəti ilə seçilən  ümumilikdə 9 TGT sözügedən yeni loqodan istifadə edəcək.

TGT-lərin fəaliyyətinin vahid loqo altında təqdim olunmasında əsas məqsəd gələcək perspektivdə nəzərdə tutulan yeni fəaliyyət planını və PR strategiyasını həyata keçirmək, keyfiyyət meyarlarını təyin etməkdir.


Related news