AzTU
Azərbaycan Kibertəhlükəsizlik
Təşkilatları Assosiasiyası (AKTA) və Azərbaycan Texniki Universiteti (AZTU)
kiber təhsil sahəsində aparılan siyasətin dəstəklənməsi məqsədilə Kibertəhlükəsizlik
İnstitutunun formalaşdırılması və Kibertəhlükəsizlik kafedrasının yaradılmasına
nail olmuşdur. İnstitut informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində
müxtəlif ixtisasların təşkili istiqamətində yeni tədris ilindən fəaliyyətə
başlayır.
AKTA ilə birgə AzTU-nun
kampusunda Kibertəhlüksəzlik İnstitutunun və kafedrasının formalaşdırılması müəllim
və tələbə heyətinin tamamilə yeni tədris və elmi araşdırma mühitində fəaliyyətinə
imkan yaradır. İqtisadiyyatın müxtəlif sahələrində ehtiyac duyulan yüksək kvalifikasiyalı
kadr potensialının təşkilinə hesablanmış layihədə AzTU ilə yanaşı digər
universitetlərlə də kollaborativ əməkdaşlığın qurulması planlaşdırılıb. Kibertəhlükəsizlik sahəsində
müəllim və akademik potensialın gücləndirilməsi məqsədilə sənayedə fəaliyyət
göstərən aparıcı mütəxəssislərin layihəyə cəlb olunması nəzərdə tutulur. Həmçinin tədris proqramlarının
Elm və Təhsil Nazirliyinin və sənayenin tələblərinə uyğun təşkilinə imkan
yaradılır.
Layihədə aparıcı texnologiya
istehsalçıları ilə birgə təcrübə mərkəzlərinin qurulması, təcrübə mübadiləsi
aparılması kiber təhsilin diversifikasiyası imkanlarını daha da gücləndirir.
Layihə çərçivəsində təşkil olunan virtual tədris və təcrübə imkanları sayəsində
tələbələr sanəyenin aparıcı mütəxəssislərinin, o cümlədən qabaqcıl texnologiya
istehsalçılarının tədris platformalarından faydalanacaqlar. AzTU-da AKTA ilə
birgə müvafiq Data Mərkəzi resursları, kampus imkanları, zəruri proqram təminatı,
tələbata uyğun akademik resurslar, kibertəhlükəsizlik simulyatorlarından
istifadə və istehsalat təcrübəsi qazanmaq imkanlarının təşkili istiqamətində
işlər aparılır. Yeni tədris ilindən başlayaraq ilk dəfə tədrisin həftəlik
proqramlarla, tətbiqi metodlarla təşkili və qiymətləndirilməsi nəzərdə tutulur.
Layihəyə təhlükəsizlik istiqamətində 4 ixtisaslaşma üzrə bakalavriat və
magistratura səviyyələrində təhsil alan 500-ə yaxın tələbənin cəlb olunması nəzərdə
tutulur. AKTA-nın dəstəyilə tələbələr geniş təcrübə mübadiləsi və karyera
inkişafı imkanları qazanacaqlar.
AKTA iqtisadiyyatın müxtəlif
sektorları, dövlət qurumları, özəl şirkətlər, tələbə və fiziki şəxslərlə əməkdaşlıq
edir. Assosiasiya kibertəhlükəsizlik sahəsinin inkişafı və təkmilləşdirilməsi
ilə bağlı qarşıya qoyduğu məqsəd və hədəflərin reallaşdırılması üçün müxtəlif istiqamətlər
üzrə fəaliyyətlərin icrasını zəruri hesab edir. AKTA ölkədə kibertəhlükəsizliyin
təmini ilə əlaqədar layihə və proqramların, tədbir və təkliflərin hazırlanması,
müvafiq sahədə milli, elmi-texniki və kadr potensialının gücləndirilməsi,
“workshop”lar, təlimlər, yay düşərgələrinin təşkili, ölkədaxili, regional və
beynəlxalq əməkdaşlığın genişləndirilməsi və ümumilikdə informasiya cəmiyyətinin
inkişafına dəstək verilməsi istiqamətində fəaliyyət göstərir. İxtisaslaşmış
yerli və beynəlxalq kibertəhlükəsizlik təşkilatlarının əlaqələndirilməsi, habelə
milli, elmi-texniki və kadr potensialının gücləndirilməsi, kiber mühitdə ölkə
reytinqinin möhkəmləndirilməsinə dəstək AKTA-nın fəaliyyət sahəsinə daxildir.
Azərbaycan Respublikasının
texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan AzTU
iqtisadiyyatın baza sektorları olan nəqliyyat-logistika, metallurgiya-material
texnologiyaları, maşınqayırma-robototexnika, erergetika-avtomatika, telekommunikasiya, İKT, müdafiə sənayesi
texnologiyaları sahələrində yüksəkixtisaslı kadrlar hazırlayır, sənaye əhəmiyyətli
elmi tutumlu innovativ nümunələr yaradır, model və üsullar işləyir, məsləhət və
texniki xidmətlər göstərir. Bu mənada kibertəhlükəsizlik
sahəsində AKTA və AzTU-nun əməkdaşlığı kibertəhlükəsizliyin və informasiya təhlükəsizliyinin
sənaye tətbiqlərini genişləndirərək artıracaq, “Kritik informasiya
infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2021-ci il, 1315 nömrəli
Fərmanında nəzərdə tutulan əməli tədbirlərin həyata keçirilməsinə böyük töhfə
verəcək.
Azərbaycan Kibertəhlükəsizlik
Təşkilatları Assosiasiyası (AKTA) və Azərbaycan Texniki Universiteti (AZTU)
kiber təhsil sahəsində aparılan siyasətin dəstəklənməsi məqsədilə Kibe ..
2022-09-12