Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda “TEKNOFEST” festivalında iştirak ediblər

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qardaş ölkənin texnoloji inkişafının daha bir göstəricisi olan “Togg” avtomobili ilə festivalın keçirildiyi məkana gəldilər. Yolboyu düzülən festival iştirakçıları prezidentləri, birinci xanımları gül-çiçək dəstələri və sürəkli alqışlarla qarşıladılar. Sonra xatirə şəkli çəkdirildi. Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe çıxışında “TEKNOFEST”ə dəvət edilməsini və bu tədbirdə iştirakını Türkiyə ilə Liviya arasında dərin tarixi əlaqələrin və iki xalqın birliyinin göstəricisi olduğunu dedi. Müasir Türkiyənin inkişafında Rəcəb Tayyib Ərdoğanın rolunu vurğulayan Liviyanın Baş naziri bildirdi ki, Türkiyə bu gün uğurlu dövlət modelinin ən gözəl nümunəsidir. Bu gün biz xalqına, millətinə və Vətəninə sözün həqiqi mənasında xidmət edən bir Türkiyə modelini görürük. Akkuyu Atom Elektrik Stansiyasının inşasının Türkiyənin imkanlarını daha da genişləndirəcəyini vurğulayan Əbdülhəmid Dibeybe diqqətə çatdırdı ki, bu gün Türkiyə dövləti müdrik rəhbərliyi, sahib olduğu böyük imkanları sayəsində bütün maneələrə qarşı sarsılmaz mövqe nümayiş etdirir. Fevralın 6-da baş vermiş zəlzələnin fəsadlarının Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi və türk xalqının əzmkarlığı sayəsində sürətlə aradan qaldırıldığını deyən Baş nazir bərpa işlərinin uğurla həyata keçirildiyini vurğuladı. Əbdülhəmid Dibeybe bildirdi ki, əhatə coğrafiyasını ildən-ilə genişləndirən “TEKNOFEST” Türkiyənin kosmos, aviasiya və texnologiya sahələrində necə sürətlə inkişaf etdiyini göstərir. O, Liviyanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə verdiyi töhfələrə görə Türkiyə dövlətinə və “Baykar” şirkətinə təşəkkürünü bildirdi. x x x Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi. Prezident İlham Əliyevin çıxışı - Hörmətli Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, hörmətli Əminə xanım, hörmətli və əziz dostlar. Qardaş ölkədə yenidən olmağımdan çox məmnunam. Sizə Azərbaycan xalqının səmimi salamlarını gətirmişəm. Bir il öncə “TEKNOFEST” festivalı Bakıda keçirilmişdir və əziz qardaşımla bərabər biz “TEKNOFEST”də iştirak etmişdik. Bu gün mən buradayam. Bu, bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədir. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir. Eyni zamanda, iki il bundan öncə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var. Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Türkiyə, onun Cümhurbaşqanı, qardaş türk xalqı daim bizim yanımızda idi. İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi. Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçmişdir. Hörmətli Cümhurbaşqanının liderliyi ilə Türkiyə dünya çapında söz sahibinə çevrilmiş, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır. Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Ötən ay türk dövlətlərinin Ankarada keçirilmiş Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim ümumi həmrəyliyimizi bildirmişdir. Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri vardır. Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Gündən-günə Türkiyənin önəmi, rolu artır. Türkiyənin güclü sənayesi həm Türkiyəni gücləndirir, həm də Türkiyənin müttəfiqlərini gücləndirir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm bizi gücləndirir və uzun illər bundan sonra Türkiyənin təhlükəsizliyini təmin edəcəkdir. Bu gün “TEKNOFEST”də iştirak edərkən “TEKNOFEST”in qurucusu, əziz qardaşımız Selçuk Bayraktarın xidmətlərini də qeyd etmək istərdim. Selçuk bəy Azərbaycanda dəfələrlə olmuş, o cümlədən azad edilmiş torpaqlarda, Şuşada. Son gəlişində - aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında danışdıq və Azərbaycanda “Bayraktar” mərkəzinin yaradılması haqqında razılığa gəldik. İnşallah, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq, orada təhsil, xidmət, istehsal da olacaqdır. Selçuk bəy Bakıda olarkən “Kızılelma”nın bir maketini hədiyyə etdi. Mən fürsətdən istifadə edərək “Kızılelma” ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaqdır. “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə - bugünkü Türkiyə budur. Bir neçə gündən sonra Azərbaycan xalqı çağdaş Azərbaycan dövlətinin banisi, qurucusu Heydər Əliyevin 100 illiyini qeyd edəcək. Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu gün biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”. Mən bu il üçüncü dəfə qardaş ölkəyə səfər edirəm. Fevral ayında olmuşam, mart ayında olmuşam, bu gün buradayam. Əziz qardaşım, növbə Sizindir. Biz Sizi gözləyirik, bütün Azərbaycan xalqı Sizi gözləyir, Sizi öpür, qucaqlayır, Sizə öz hörmət və sevgisini çatdırır. Türkiyə-Azərbaycan birliyi əbədidir! x x x “TEKNOFEST” çərçivəsində Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlinin qoyulması mərasimi oldu. Azərbaycanın Türkiyəyə bu qardaşlıq köməyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi: - Əziz xalqım, xanımlar və cənablar. Əziz qardaşım İlham Əliyev lap əvvəldən mərkəzi Pazarcık olan zəlzələdə bizi heç vaxt yalnız qoymadı. İlk andan etibarən axtarış-xilasetmə heyətləri Kahramanmaraşda bizimlə birlikdə oldu. Onunla da kifayətlənmədi, daha sonra İlham qardaşım Kahramanmaraşda min evin inşa ediləcəyinə söz verdi. Təbii ki, orada məktəbi, məscidi, yataqxanası və yaşayış binaları olan bir Azərbaycan şəhəri inşa etməyi qərara aldı. Bu gün fürsətdən istifadə edərək, indi onun təməlini qoyacağıq. Vahid Kirişçi bəy qarşımızdadır. Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi: Ehtiramımızı ifadə edirəm, cənab Prezidentim. Buradakı iştirakçılar adından Zati-alinizi, möhtərəm Prezidenti, hörmətli xanımları dərin ehtiramla salamlayıram. Prezident Rəcəb Tayyib Ərdoğan: İndi ətrafı yaxından göstərin, harada nə var görək. Layihə möhtəşəmdir. Bu layihəni, İnşallah, qısa müddətdə haqqı çatanlara Azərbaycanın əli ilə təqdim edəcəyik. x x x Sonra yaşayış kompleksinin təməli qoyuldu. Prezident Rəcəb Tayyib Ərdoğan: İlham qardaşım deyir ki, bir ildə başa çatdırılmalıdır, xeyirli olsun. Prezident İlham Əliyev: Xeyirli olsun. x x x Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış xatirə əsginasını təqdim etdi. x x x Festivalda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi: - Azərbaycan Prezidenti əziz qardaşım İlham Əliyev. Liviyanın Baş naziri qardaşım Əbdülhəmid Dibeybe. Əziz istanbullular, xanımlar və cənablar, “TEKNOFEST”in hörmətli iştirakçıları, əziz gənclər. Sizi ən səmimi hisslərimlə, sevgi və məhəbbətlə salamlayıram. Maşallah, bu il də İstanbulda “TEKNOFEST” başqa cür gözəldir. Burada sizin vasitənizlə ölkəmizin 81 vilayətindəki bütün gənc ürəklərə salamlarımı göndərirəm. Könül coğrafiyamızın hər tərəfindəki gənclərimizi, gənc qardaşlarımızın hamısını buradan bir daha sevgi ilə salamlayıram. Dünyanın bir nömrəli aviasiya, kosmik və texnoloji festivalı “TEKNOFEST”də sizlərlə bərabər olmaqdan böyük məmnunluq duyuram. İstanbulumuzdan və Türkiyənin müxtəlif şəhərlərindən “TEKNOFEST”ə təşrif buyuran gənclərimizə “İstanbulumuza xoş gəldiniz!” deyirəm. Azərbaycan Prezidenti, hörmətli qardaşım və dostum İlham Əliyevə xanımı ilə birlikdə bilavasitə iştirak etdiyi üçün təşəkkür edirəm. Eyni qaydada Liviyanın Baş naziri Dibeybe qardaşıma da təşəkkür edirəm. Şöhrəti ölkəmizin sərhədlərini də aşan altıncı “TEKNOFEST”də sizlərlə birlikdəyik. Birincisini 2018-ci ildə keçirdiyimiz “TEKNOFEST”, şükür olsun, artıq öz sahəsində bir markaya çevrilib. Keçən il Bakıda can azərbaycanlı gənclərimizlə “TEKNOFEST” sevincini yaşadıq. Samsundan Qaziantepə qədər ölkəmizin müxtəlif vilayətlərində texnologiyaya, müdafiə sənayesinə, elmə marağı olan gənclərimizlə bir araya gəldik. Builki texnologiya bayramımızı indi İstanbulda keçiririk, daha sonra İnşallah, Ankarada təşkil edəcəyik. Milli texnoloji həmləmizin konkret nümunələrinin nümayiş etdirildiyi “TEKNOFEST”in ölkəmizə, millətimizə və siz gənclərimizə xeyirli olmasını diləyirəm. Bizlərə bu qürur mənzərəsini yaşadan T3 Vəqfinə, nazirliklərimizə, bütün tərəfdaş qurum və təşkilatlarımıza təşəkkür edirəm. Müsabiqəyə qatılan, yer tutan, layihələri və fikirləri ilə qarşıda yeni üfüqlər açan bütün qardaşlarımızı səmimi-qəlbdən təbrik edirəm. “TEKNOFEST”də iştirak üçün müraciət edən komandaların sayının ildən-ilə dəfələrlə artdığını vurğulayan Türkiyə Prezidenti dedi: “Bu festivala 2018-ci ildə 4333 komanda ilə Bismillah demişdik. Bu il 81 vilayət və 96 ölkədən 333 min komanda, 1 milyon iştirakçı müraciət edib. Yarışların kateqoriyası da 14-dən 41 əsas və 102 alt kateqoriyaya çatıb. İştirakçıların sayının artması ilə birlikdə mükafatlarımızın məbləği də yüksəlib. Cəmi 4 milyon mükafat və dəstək məbləği ilə başlayan proses 44 milyon lirəyə çatıb. Rekordların və ilklərin festivalı olan “TEKNOFEST”in qarşıdakı dövrdə uğur səviyyəsinin daha da yüksələcəyinə inanıram”. Fevralın 6-da baş verən zəlzələlərdən sonra əhalinin harayına çatan T3 Vəqfini və “Baykar” şirkətini təbrik edən Rəcəb Tayyib Ərdoğan vurğuladı ki, “Baykar” şirkəti “Əsrin fəlakəti” qarşısında nümayiş etdirdiyi nümunəvi mövqe ilə bu millətin doğma övladı olduğunu bir daha ortaya qoydu. Dövlət başçısı T3 Vəqfinin və “TEKNOFEST” könüllülərinin dəfələrlə bölgəyə gedib zəlzələdən zərər çəkənlərin çətin günlərində yanlarında olduqlarını xatırladaraq onlara minnətdarlığını ifadə etdi. Kahramanmaraşda təməli qoyulan evlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Türkiyə Prezidenti dedi: “Kahramanmaraşda təməlini bir az əvvəl birlikdə qoyduğumuz evlər üçün İlham qardaşıma da çox təşəkkür edirəm. Azərbaycan dövləti və xalqı bu müddətdə dostluğun və qardaşlığın nə demək olduğunu göstərdi”. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin yüksək texnologiyalara əsaslanan layihələr həyata keçirdiyini qeyd edərək vurğuladı: “Təkcə son aylarda yaşadığımız inkişafı sizlər də gördünüz. Bir az əvvəl əziz qardaşım İlham Əliyev də dedi: “Kızılelma” havaya qalxdı, “Togg” satışa çıxarıldı. Budur, “Kızılelma”, “Akıncı” qarşımızdadır, “TCG Anadolu” gəmisi Dəniz Qüvvələrinə təqdim edildi”. İndiyədək “TCG Anadolu” gəmisini 100 minə yaxın vətəndaşın ziyarət etdiyini diqqətə çatdıran Türkiyə Prezidenti Qara dənizdə çıxarılan təbii qazın istismarına başlanılmasını, milli döyüş təyyarəsinin, “Gökbey” helikopterinin, “Hürjet” və “ATAK-2” qırıcılarının, “Altay” tankının istifadəyə verilməsini Türkiyənin son illərdə böyük uğurlarının göstəricisi kimi dəyərləndirərək, “TEKNOFEST”in bütün bu nailiyyətlərin rəmzi olduğunu qeyd etdi. Türkiyənin son illərdə kosmik sahədə də böyük uğurlar qazandığını qeyd edən Prezident Rəcəb Tayyib Ərdoğan İMECE peykinin kosmosa göndərilməsinin əhəmiyyətini vurğulayaraq, Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək türk pilotlar Alper Gezeravcıya və Tuva Cihangir Ataseverə uğurlar arzuladı. x x x Çıxışlardan sonra “TEKNOFEST” çərçivəsində keçirilmiş müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasimi oldu. Müsabiqənin qalibləri ilə xatirə şəkilləri çəkdirildi. “Kızılelma” pilotsuz uçuş aparatının səmada manevrləri izlənildi. “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar Azərbaycan Prezidenti İlham Əliyevə, Liviyanın Baş naziri Əbdülhəmid Dibeybeyə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim etdi. x x x Qeyd edək ki, milli texnoloji həmlə konsepsiyası ilə texnologiya sahəsində sürətlə inkişaf edən Türkiyənin altıncı ildir təşkil etdiyi builki “TEKNOFEST” festivalı aprelin 27-də start götürüb. Mayın 1-dək davam edəcək festival Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı, qardaş ölkənin milli texnoloji sistemində mühüm rol oynayan dövlət, özəl, elm və media qurumlarından ibarət 120-dək qurumun tərəfdaşlığı ilə keçirilir. İldən-ilə genişlənən “TEKNOFEST”də beş gün ərzində texnologiya, elm, aviasiya-pilotaj nümayişləri, sərgilər, konfranslar, texnoloji yarışlar, mükafatlandırma mərasimləri və digər tədbirlər təşkil olunacaq. Festival çərçivəsində keçirilən texnoloji yarışlar öz arzularını reallığa çevirmək istəyən gənclərin layihələrinin təqdimatı üçün ideal platforma təklif edir. Məhz bunun nəticəsidir ki, bu möhtəşəm festivalın iştirakçılarının sayı ildən-ilə sürətlə artmaqdadır. Belə ki, “TEKNOFEST”in ilk dəfə təşkil olunduğu 2018-ci ildə tədbirə 4333 komanda və 20 min iştirakçı qatılmışdısa, bu il komandaların sayı 333 mindən, iştirakçıların sayı isə 1 milyondan çoxdur. Builki “Texnoloji yarışlar”da 102 müxtəlif kateqoriya üzrə 41 yarış keçirilir. Xatırladaq ki, 2022-ci il mayın 26-29-da “TEKNOFEST” ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilib. “TEKNOFEST Azərbaycan”ın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, eləcə də Nobel mükafatı laureatı Əziz Səncər iştirak ediblər. “TEKNOFEST Azərbaycan” festivalını 300 minə yaxın insan ziyarət edib. Festival çərçivəsində üç beynəlxalq tədbir və səkkiz texnoloji müsabiqə təşkil olunub. Həmin müsabiqələrdə 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda yarışıb.         ОтветитьПереслать

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnolo ..

2023-04-29
AzTU

AzTU-nun rektoru İstanbulda “TEKNOFEST-2023” festivalının açılış mərasimində iştirak edib

AzTU-nun rektoru İstanbulda “TEKNOFEST-2023” festivalının açılış mərasimində iştirak edib   İstanbul Atatürk Hava Limanında Türkiyədə milli texnologiyanın inkişafında mühüm rol oynayan bir çox təşkilatın tərəfdaşlığı, “Teknoloji Takımı Vakfı” (T3 Vakfı) və Sənaye və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə “TEKNOFEST-2023” festivalının açılış mərasimi keçirilib.   Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev və maliyyə-təsərrüfat işləri üzrə prorektor Rəşad Əliyev açılış mərasimində iştirak edib. Açılış mərasimində çıxış edən  “Baykar” şirkətinin texnoloji lideri, TEKNOFEST İdarə Heyətinin və “Teknoloji Takımı Vakfı”nın (T3 Vakfı) Qəyyumlar Şurasının sədri, AzTU-nun fəxri doktoru Selçuk Bayraktar deyib: “İnkişaf etdirdiyimiz texnologiyalar yalnız bəşəriyyətə fayda verdikdə önəm qazanır. İnanıram ki, gənc qardaşlarımız TEKNOFEST çərçivəsində zəlzələ və fəlakətlərə həll yolları təklif edən texnologiyaları daha da inkişaf etdirəcəklər və inşallah, sabahımız daha da təhlükəsiz olacaq. TEKNOFEST dünəndən bu günə qədər beyinlərdə başlayan səssiz bir inqilabın adı oldu. Bu səssiz inqilabın dalğaları ildən-ilə genişlənir”. Selçuk Bayraktar qeyd edib ki, 2018-ci ildə ilk TEKNOFEST festivalı başlayarkən texnologiya yarışlarına qatılmaq üçün 20 min gənc müraciət etmişdi. İndi isə onların sayı bir milyonu ötüb. Açılış mərasimində sənaye və texnologiya naziri Mustafa Varank, müdafiə sənayesi naziri İsmayil Demir və başqaları çıxış ediblər. Çıxışlarda Türkiyənin texnologiyalar sahəsində qazandığı uğurlardan bəhs olunub. Festival çərçivəsində AzTU-nun rektoru Vilayət Vəliyev Türkiyənin TEKNOFEST-də iştirak edən aparıcı universitetlərinin rəhbərliyi və professor-müəllim heyəti ilə görüşüb. Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan festivalda 200 kvadratmetr ərazini əhatə edən milli pavilyonla təmsil olunur. Festivalda AzTU-nu Energetika və avtomatika fakültəsinin 4-cü kurs tələbəsi Cəbrayıl Babayev öz layihəsi ilə iştirak edir.           ОтветитьПереслать

AzTU-nun rektoru İstanbulda “TEKNOFEST-2023” festivalının açılış mərasimində iştirak edib İstanbul Atatürk Hava Limanında Türkiyədə milli texnologiyanın inkişafında mühüm ..

2023-04-29
AzTU

AzTU-nun tələbələri arasında qiymətləndirmə testi keçirilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Azərbaycan xalqının ümümilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bununla əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma uyğun olaraq Xidmətin texniki mərkəzində AzTU-da informasiya təhlükəsizliyi sahəsində bakalavr və magist səviyyələrində təhsil alan xüsusi fərqlənən tələbələr arasında sahə üzrə qiymətləndirmə testi keçirilib. Çıxış edənlər belə tədbirlərinin keçirilməsinin tələbələrin praktiki təcrübəsi və dünyagörüşü, eləcə də kibertəhlüləsizlik sahəsinin inkişafı üçün əhəmiyyətli olduğunu vurğulamış, tələbələrə uğurlar arzulayıb. Qeyd edək ki, qiymətləndirmə testində iştirak edən tələbələrə sertifikatlar təqdim olunacaq.  Qaliblər isə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən təqaüdlə mükafatlandırılacaq.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Azərbaycan xalqının ümümilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin həyata ..

2023-04-29
AzTU

“Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” mövzusunda konfrans keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) və Müdafiə Sənayesi Nazirliyinin (MSN) birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” mövzusunda konfrans keçirilib.   Tədbirdə universitetin və nazirliyin rəhbər işçiləri, professor-müəllim heyəti və tələbələr iştirak edib. Əvvəlcə Azərbaycanın müdafiə sənayesinin təşəkkülü və inkişaf mərhələlərindən bəhs edən “Atəşdən yoğrulanlar” sənədli filmi nümayiş olunub.  AzTU-nun tədris işləri üzrə prorektoru professor Nurəli Yusifbəyli çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elmin, təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərib. Respublikada güclü kadr potensialı yaratmaq Ulu Öndərin strateji hədəflərindən idi. Ölkəyə rəhbərliyinin ilk illərində gəncləri keçmiş sovetlər ittifaqının aparıcı ali məktəblərinə təhsil almaq üçün göndərməsi Ümummilli Liderin ali təhsil sahəsindəki məqsədyönlü və uğurlu siyasətinin bariz nümunəsi idi. MSN-in şöbə müdiri, əməkdar mühəndis Məmmədsaleh Əliyev dünya şöhrətli siyasi xadim ümummilli lider Heydər Əliyevin Azərbaycanın müdafiə sənayesinin yaradılmasındakı misilisiz xidmətləri barədə ətraflı məlumat verib, müasir dövrdə dahi rəhbərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğını, son illərdə əldə olunan nailiyyətləri xüsusi qeyd edib. Nazirlikdə müdafiə sənayesi sahəsi üzrə ixtisaslı və peşəkar kadrların hazırlığı məsələsinin prioritet vəzifə kimi qarşıya qoyulduğu diqqətə çatdırılıb.        Daha sonra çıxış edən AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin dekanı Elçin Rzayev, Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının müdiri Ələkbər Hüseynov, Xüsusi təyinatlı material və vasitələr kafedrasının müdiri Rasim Bəşirov, Radioelektron və aerokosmik sistemlər kafedrasının müdiri Vaqif Məhərrəmov, Xüsusi texnika və texnologiya fakültəsinin magistr tələbəsi Amin Mamedov ulu öndər Heydər Əliyevin ölkədə müdafiə sənayesinin qurulmasında gördüyü işlərdən danışıblar. Qeyd olunub ki,  Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müdafiə sənayesi sürətlə inkişaf edir, Azərbaycanın müdafiə təyinatlı məhsullarının şöhrəti artıq dünyada geniş yayılmaqdadır. Bildirilib ki, regionda müdafiə sənayesi sahəsi üzrə kadr hazırlayan yeganə ali təhsil müəssisəsi olan AzTU müdafiə sənayesi sahəsi üzrə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində MSN-lə sıx əməkdaşlıq edir.   

Azərbaycan Texniki Universiteti (AzTU) və Müdafiə Sənayesi Nazirliyinin (MSN) birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” mövzusunda konfrans k ..

2023-04-28
AzTU

AzTU-da “Açıq qapı” günü keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Bakı Texniki Kollecinin tələbələri üçün universitetdə “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günündə tələbələr AzTU-nun laboratoriyaları ilə tanış olub, həmçinin müxtəlif fakültə və kafedraların rəhbər heyəti ilə görüşüblər. Tələbələrə AzTU-da görülən işlər, həyata keçirilən yeni layihələr, tədris prosesi, beynəlxalq əlaqələr, universitet-sənaye işbirliyi barədə ətraflı məlumat verilib.      

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Bakı Texniki Kollecinin tələbələri üçün universitetdə “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günündə tələbələr ..

2023-04-28
AzTU

AzTU-da “Şəxsi inkişafda psixologiyanın rolu” mövzusunda təlim keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün “Şəxsi inkişafda psixologiyanın rolu” mövzusunda təlim keçirilib. AzTU-nun Sosial İnkişaf Mərkəzinin və Gənclərin Marifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən təlimdə psixoloq Nərmin Daşdəmirbəyli çıxış edərək gənclərin şəxsi inkişafında motivasiyanın önəmindən danışıb. O, şəxsi inkişaf üçün hər gün yeni biliklər əldə etməyin vacibliyini vurğulayıb. Nərmin Daşdəmirbəyli şəxsin  inkişafı və formalaşmasında tərbiyə amilinin də rolunu xüsusi vurğulayıb. Təlim sual-cavab formatında davam etdirilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün “Şəxsi inkişafda psixologiyanın rolu” mövzusunda təlim keçirilib. AzTU-nun Sosial İnkişaf Mərkəzinin və Gənclərin M ..

2023-04-27
AzTU

AzTU-nun tələbəsi ağır yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin 4-cü kurs tələbəsi Pərvin Cəfərov ağır yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib. AzTU-nun rəhbərliyi və kollektivi Pərvin Cəfərovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir. Allah rəhmət eləsin!

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin 4-cü kurs tələbəsi Pərvin Cəfərov ağır yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib. AzTU-nun r ..

2023-04-27
AzTU

Ankarada “100 il: Türkiyə Cümhuriyyəti və Ümummilli Lider Heydər Əliyev” mövzusunda konfrans keçirilib

Azərbaycanın Türkiyədəki səfirliyi, Hacettepe Universiteti və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə Hacettepe Universitetinin Mədəniyyət Mərkəzində “100 il: Türkiyə Cümhuriyyəti və Ümummilli Lider Heydər Əliyev” mövzusunda konfrans keçirilib. Konfransda açılış nitqi ilə çıxış edən Hacettepe Universitetinin rektoru Prof. Dr. Mehmet Cahit Güran Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyatlarını ölkələrinin müstəqilliyinin və şərəfinin qorunmasına həsr etdiklərini bildirib.  Azərbaycanın Qarabağı, Şuşanı işğaldan azad etməsinin xoşbəxtliyini hiss etdiklərini qeyd edən Güran bu həmrəyliyin və rəğbətin uzun illər davam etməsini arzulayıb. AzTU-nun rektoru Prof. Dr. Vilayət Vəliyev Ankarada təşkil olunan konfransın əhəmiyyətindən danışıb. Rektor bildirib ki, böyük şəxsiyyətlər Mustafa Kamal Atatürk və Heydər Əliyev xalqların ən çətin, ehtiyac duyduğu zamanda onların yanında olub. Vilayət Vəliyev deyib ki, Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Həm Ümummilli Liderin anadan olmasının 100 illiyi, həm Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi qardaş ölkələr üçün mühüm tarixlərdir. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib ki, Mustafa Kamal Atatürk və Heydər Əliyev ən çətin dövrdə öz ölkələrinə sahib çıxıblar. Səfir bildirib ki, Türkiyə-Azərbaycan qardaşlığı dünya üçün, türk dünyası üçün nümunədir. Rəşad Məmmədov Türkiyə ilə Azərbaycanın eyni ruh və fəlsəfəyə malik olduğunu və bu cür başqa iki ölkənin olmadığını qeyd edib. Çıxışlardan sonra konfrans Hacettepe Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Prof. Dr. Yonca İldeşin moderatorluğu ilə panel iclasla davam edib. İclasda Bilkent Universitetinin Nanotexnologiya tədqiqat mərkəzinin müəllimi Prof. Dr. Əmrulla Mehmetov Ulu Öndərin Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsindəki xidmətlərini konkret faktlarla diqqətə çatdırıb. Hacettepe Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Özləm Pınar isə Azərbaycan və Türkiyə əlaqələri barədə geniş məruzə ilə çıxış edib.  Konfrans konsert proqramı ilə davam edib.

Azərbaycanın Türkiyədəki səfirliyi, Hacettepe Universiteti və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə Hacettepe Universitetinin Mədəniyyət Mərkəzində ..

2023-04-27
AzTU

Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan X Spartakiadanın qalibləri mükafatlandırılıb

Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan X Spartakiadanın qalibləri mükafatlandırılıb.   Spartakiadanın nəticələrinə əsasən, futzal üzrə Nəqliyyat və logistika, şahmat üzrə Xüsusi texnika və texnologiya, sərbəst güləş üzrə İnformasiya və telekommunikasiya texnologiyaları, basketbol, voleybol və stolustü tennis üzrə yarışlarda isə Energetika və avtomatika fakültəsinin tələbələrdən ibarət komandası 1-ci yerə layiq görülüb. Müəllimlərdən ibarət komandalar arasında şahmat və stolüstü tennis üzrə Energetika və avtomatika fakültəsi, əməkdaşlardan ibarət komandalar arasında isə fuzal və voleybol idman növləri üzrə Maliyyə demartamentinin komandası 1-ci yerə layiq görülüb. Qeyd edək ki, X Spartakiada basketbol, voleybol, futzal, sərbəst güləş, stolüstü tennis, şahmat idman növü üzrə təşkil olunub. Yarışlarda müəllim, əməkdaş və tələbələrdən ibarət 16 komanda iştirak edib.  

Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan X Spartakiadanın qalibləri mükafatlandırılıb. Spartakiad ..

2023-04-26
AzTU

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri AzTU-da olub

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Petr Mixalko Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaq AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Görüş zamanı AzTU-nun Avropa İttifaqının tədqiqat proqramlarında iştirakı ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda Avropa İttifaqının AzTU-da universitet-sənaye işbirliyi istiqamətində görülən işlərə dəstək imkanları barədə də fikir mübadiləsi aparılıb.     

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Petr Mixalko Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaq AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayənd ..

2023-04-25