Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU Kitabxana İnformasiya Mərkəzi "Edward Elgar Publishing" verilənlər bazasından istifadə imkanı əldə edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzi daha bir tammətnli kitab və jurnal bazasını oxucularının istifadəsinə təqdim edib. "Edward Elgar Publishing" bazası innovasiya və texnologiya, biznes və menecment, iqtisadiyyat və maliyyə, həmçinin sosial elmlər sahəsində 7000 adda akademik kitab nəşr edən ən böyük müstəqil nəşriyyatlardan biridir. "Edward Elgar Publishing" həmçinin 10.000-dən çox başlıqdan ibarət, redaksiya heyətinin nəzarətindən keçmiş nüfuzlu və keyfiyyətli jurnal portfoliosuna sahibdir.   Kitabxana İnformasiya Mərkəzi bu akademik bazaya abunəliyi Azərbaycan Kitabxana və İnformasiya Konsorsiumu ilə olan əməkdaşlığı çərçivəsində əldə edib. Kitabxana İnformasiya Mərkəzinin bu əməkdaşlığı çərçivəsində 1303 adda elektron kitab, eyni zamanda hüquq, iqtisadiyyat, idarəetmə, liderlik və s. sahələr üzrə 17 jurnala abunəliyi artıq istifadəyə verilib. Bazadan istifadə ödənişli olmasına baxmayaraq aparılmış danışıqlar əsasında 2 il (2023-2025) müddətinə ödənişsiz olaraq istifadə oluna biləcək.  Bazadan universitet daxilində AzTU-nun internet şəbəkəsinə qoşulmuş bütün üzvləri istifadəçi adı və parol tələb olunmadan sərbəst istifadə edə bilərlər.  Bazanın linki: https://www.elgaronline.com/browse?access=user  Bazanın istifadəsi ilə bağlı sualları [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.  

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzi daha bir tammətnli kitab və jurnal bazasını oxucularının istifadəsinə təqdim edib. "Edward Elgar Publishing" bazas ..

2023-01-30
AzTU

BŞTİ və AzTU startap layihələrlə bağlı əməkdaşlığa başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi ilə görüş keçirilib. Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, AzTU-nun rektoru Vilayət Vəliyev, İdarənin struktur bölmə rəhbərləri, universitetin rəhbər şəxsləri iştirak edib. BŞTİ müdiri Mehriban Vəliyeva təhsil pillələri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi və təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə sıx inteqrasiyanın təmin edilməsi, həmçinin məktəblilərin innovativ təşəbbüslərinin dəstəklənməsinə və yaradıcı ideyalarının reallaşdırılması üçün münbit şəraitin yaradılmasına xidmət edən startapçılar hərəkatının başlanılması üçün səylərin birləşdirilməsinin mühüm rol oynadığını söyləyib. Bu baxımdan əməkdaşlığa açıq olan ali məktəblərə, o cümlədən AzTU-nun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. İdarə müdiri bilik və bacarığını reallaşdıra, ideyasını məhsula çevirə bilən startapçı gənclərin inkişafında, elmin sirlərinə sahiblənməsində ali məktəblərin dəstəyinin mühüm şərtlərdən biri olduğunu deyib. M.Vəliyeva müvafiq meyarlar əsasında startapçı şagirdlərin seçimi ilə bağlı elektron portalın yaradılması təklifi ilə çıxış edib. Görüşdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev BŞTİ ilə əməkdaşlıqdan məmnunluğunu və bu əlaqələrin qarşılıqlı fayda verəcəyinə əminliyini bildirib. V.Vəliyev qeyd edib ki, bu əməkdaşlıq şagirdlərin universitetin tədqiqat imkanlarından səmərəli istifadə olunmasına şərait yaradılması baxımından faydalı olacaq. Rektor universitetlə ümumi təhsil məktəbləri arasında qarşılıqlı təcrübə mübadiləsinin həm tələbələr, həm də şagirdlər üçün əhəmiyyətli olacağını, startap layihələrlə işləyən gənclərin motivasiyasının yüksəldilməsinə müsbət təsir göstərəcəyini nəzərə çatdırıb. Görüşdə Bakı şəhərində yeləşən ümumi təhsil məktəblərində şagirdlərin startap ideyalarının dəstəklənməsində köməklik göstərilməsi və bu istiqamətdə universitetlə birgə görülə biləcək işlərdən danışılıb, BŞTİ ilə AzTU-nun gələcək əməkdaşlıq perspektivlərinə dair fəaliyyət barədə fikir mübadiləsi aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi ilə görüş keçirilib. Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, AzTU-nun rek ..

2023-01-28
AzTU

AzTU-nun məzunu, şəhid Seymur Sərxoşovun doğum günüdür

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Seymur Sərxoşov 1987-ci il yanvarın 28-də Bakıda anadan olub. 2004-cü ildə orta məktəbi bitirdikdən sonra AzTU-nun Nəqliyyat və logistika fakültəsinə qəbul olunub. 2008-ci ildə universiteti bitirib həqiqi hərbi xidmətə yollanıb. 2009-cu ildə hərbi xidmətdən qayıdıb və ixtisası üzrə işləyib.  Seymur Sərxoşov 2020-ci ildə başladılan 44 günlük Vətən müharibəsində iştirak edərək qəhrəmanlıqlar nümayiş etdirib. O, oktyabrın 14-də Qubadlı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Seymur Sərxoşov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.  Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Seymur Sərxoşov 1987-ci il yanvarın 28-də Bakıda anadan olub. 2004-cü ildə orta m ..

2023-01-28
AzTU

AzTU-nun rektoru Türkiyədə səfərdə olub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul, Qebze və Çorum şəhərlərinə səfər edib. Səfər çərçivəsində AzTU nümayəndə heyəti Boğaziçi, İstanbul Texniki, Hitit universitetlərində, həmçinin TÜBİTAK BİLGEM, Bilişim Vadisi və SAHA İstanbulda (SAHA İstanbul Müdafiə Aerokosmik Klasteri) bir sıra görüşlər keçirib. Boğaziçi Universitetində rektor Mehmet Naci İnci və universitetin nümayəndə heyəti ilə görüş zamanı birgə beynəlxalq konfransların təşkili, informasiya texnologiyaları və iqtisadi sahələrdə tədqiqatların həyata keçirilməsi müzakirə olunub. Tərəflər 2023-cü ilin üçüncü rübündə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi və Boğaziçi Universitetinin 160 illiyinə həsr olunacaq beynəlxalq konfransların keçirilməsi barədə razılığa gəliblər. İstanbul Texniki Universitetinin (İTÜ) rektoru İsmayıl Koyuncu və universitetin nümayəndə heyəti ilə görüşdə enerji, logistika, qabaqcıl nəqliyyat texnologiyaları, elmi nəşrlər və birgə tədris mövzularında, həmçinin AzTU müəllimlərinin İTÜ-yə təcrübəyə göndərilməsi ilə bağlı müzakirələr aparılıb. Bundan başqa, 26-28 aprel 2023-cü il tarixlərində Özbəkistanın Səmərqənd şəhərində İTÜ, AzTU və Daşkənd Dövlət Nəqliyyat Universiteti tərəfindən keçiriləcək seminarla bağlı ilkin hazırlıqlar, həmçinin hər üç universitet tərəfindən nəqliyyat və logistika sahəsində yaradılacaq ortaq mərkəz barədə fikir mübadiləsi aparılıb. TÜBİTAK BİLGEM-in rəhbəri Ali Görçin və əməkdaşlarla görüş zamanı BİLGEM-in kibertəhlükəsizlik sahəsində tədris təcrübəsinin öyrənilməsi, bu istiqamətdə AzTU-da oxşar laboratoriyanın yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə 2023-cü ildə AzTU tələbələrinin kibertəhlükəsizlik istiqamətində BİLGEM-də təlimə göndərilməsi imkanları da qeyd olunub. Eyni zamanda, BİLGEM-in kibertəhlükəsizlik sahəsində tədqiqat təcrübəsindən də AzTU müəllimlərinin faydalanması ilə bağlı müzakirələr aparılıb.  Bilişim Vadisinin baş direktoru Ahmet Serdar İbrahimcioğlu ilə görüşdə AzTU-da texnopark qismində Bilişim Vadisi Bakı Mərkəzinin yaradılması ilə bağlı vəziyyət müzakirə olunub. Qeyd olunub ki, mərkəzin 2023-cü ilin ikinci rübünədək yaradılması nəzərdə tutulur. Tərəflər həmçinin Bilişim Vadisinin keçirdiyi startap müsabiqələrində AzTU tələbələrinin iştirak imkanları barədə fikir mübadiləsi aparıblar. SAHA İstanbulun baş direktoru İlhami Keleşin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə birgə təlimlərin və elmi-tədqiqat işlərinin həyata keçirilməsi müzakirə olunub. Bundan başqa, SAHA İstanbulun SAHA Akademiyasının MBA proqramının Azərbaycanda tətbiqi imkanlarının araşdıralacağı da bildirilib.  Hitit Universitetinin rektoru Ali Osman Öztürk və universitetin nümayəndə heyəti ilə görüşdə mühəndislik və qida texnologiyaları sahələrində birgə tədris və tədqiqat fəaliyyətinin həyata keçirilməsi müzakirə olunub. Bundan başqa, magistratura səviyyəsində qida mühəndisliyi ixtisası üzrə ikili diplom proqramı ilə bağlı imkanların  araşdırılacağı qərara alınıb. Həmçinin Çorum şəhəri ilə qardaşlaşmış Füzuli şəhərinin bərpası ilə bağlı birgə layihələrdə AzTU və Hitit Universitetinin iştirakı ilə bağlı da müzakirələr aparılıb. Qeyd edək ki, AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova iştirak edib.    

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul, Qebze və Çorum şəhərlərinə səfər edib. Səfər çərçi ..

2023-01-27
AzTU

ECAR layihəsi çərçivəsində Strateji inkişaf üzrə komitənin ilk iclası keçirilib

    Erasmus+ proqramının “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində  Strateji inkişaf üzrə komitənin ilk iclası keçirilib. İclasda Azərbaycan Texniki Universitetini (AzTU)  beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov təmsil edib. Onlayn formatda təşkil olunan toplantıda ilkin olaraq tərəfdaşlar komitə üzvləri ilə tanış olublar. Həmçinin strateji inkişaf məsələləri  üzrə müzakirələrin aparılması, komitənin funksiyaları, komitə sədrliyinə namizədliyə dair tələblər, idarə heyəti və sədrinin seçilməsi qaydaları iclas zamanı müzakirə olunan əsas mövzular olub. Müzakirələrin gedişində tərəfdaşların rəyləri dinlənilərək müvafiq düzəlişlər edilib.  İclasda İdarə Heyətinin sədri vəzifəsinin tutulması üçün 2 nəfərin namizədliyi irəli sürülüb. 85,7 % səs çoxluğu ilə Dövlət Gömrük Komitəsinin Akademiyasının tədris və innovasiya üzrə prorektoru Araz Aslanlı İdarə Heyətinin sədri seçilib. Daha sonra sədr müavini vəzifəsinin tutulması üçün səsververmə keçirilib. Səsvermənin nəticələrinə əsasən Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Sevinc Zeynalova və Azərbaycan Turizm və Menecment Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyova sədrin müavinləri seçiliblər. Qeyd edək ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan Rektorlar Konfrasının tərkibində Beynəmiləlləşmə, Tədris işləri və keyfiyyət təminatı, Elmi işlər, Strateji inkişaf və Tələbə və məzunlarla iş üzrə komitələrin fəaliyyəti nəzərdə tutulub.

Erasmus+ proqramının “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində Strateji inkişaf üzrə komitənin ilk iclası keçirilib. İclasda Azərbaycan T ..

2023-01-27
AzTU

AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib. İclasda texnopark qismində Bilişim Vadisi Bakı Mərkəzinin yaradılması ilə bağlı son vəziyyət, TÜBİTAK BİLGEM-lə AzTU-nun əməkdaşlıq istiqamətləri və digər məsələlər müzakirə olunub.   AzTU-nun rektoru Vilayət Vəliyev Türkiyəyə sonuncu səfəri zamanı Bilişim Vadisi və TÜBİTAK BİLGEM-də keçirdiyi görüşlər, müzakirə olunan məsələlər barədə şura üzvlərinə məlumat verib.  Qeyd olunub ki, Bilişim Vadisi Bakı Mərkəzinin 2023-cü ilin ikinci rübünədək fəaliyyətə başlaması planlaşdırılır. Bundan başqa, 2023-cü ildə AzTU tələbələrinin kibertəhlükəsizlik istiqamətində BİLGEM-də təlimə göndərilməsi, həmçinin müəllimlərin BİLGEM-in kibertəhlükəsizlik sahəsində tədqiqat təcrübəsindən faydalanması da prioritet məsələlərdəndir.  Şura üzvləri Bilişim Vadisi ilə birgə yaradılacaq Bilişim Vadisi Bakı Mərkəzi, həmçinin AzTU-da kibertəhlükəsizlik sahəsinin gücləndirilməsi, bu istiqamətdə magistratura səviyyəsində yeni proqramlarının hazırlanması ilə bağlı bir sıra təkliflər səsləndiriblər.    

Azərbaycan Texniki Universitetinin (AzTU) rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib. İclasda texnopark qismində Bilişim Vadisi Bakı Mərkəzinin yar ..

2023-01-27
AzTU

Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir - VİDEO

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir. Liqanın 7-ci turunda AzTU komandası Bakı Dövlət Universitetinin (BDU) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 104:50 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.  Qeyd edək ki, liqanın oyunlarında AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edir. Oyunları “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz.

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir. ..

2023-01-26
AzTU

AzTU-nun professoru Yaponiyada beynəlxalq elmi konfransda iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici Dil Texnologiyaları İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Əfqan Abdullayev Yaponiyada keçirilən "Elmi irəliləyişlər və innovativ yanaşmalar" (Scientific advances and innovative approaches) adlı II beynəlxalq elmi konfransda iştirak edib. AzTU-nun professoru konfransda "Koqnitiv dilçilik olduğu kimi" (Cognitive linguistics as it is) mövzusunda məruzə ilə çıxış edib. Onun məruzəsi konfransın münsiflər heyəti tərəfindən sertifikata layiq görülüb.      

Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici Dil Texnologiyaları İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Əfqan Abdullayev Yaponiyada keçirilən "Elmi irəliləyişlər ..

2023-01-26
AzTU

Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür

BMT-nin qərarına əsasən, yanvarın 24-ü Beynəlxalq Təhsil Günü kimi qeyd olunur. Təşkilatın bu qərarı İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədi daşıyır. Bu il Beynəlxalq Təhsil Günü “İnsanlara sərmayə qoymaq, təhsilə üstünlük vermək” mövzusuna həsr olunub. Qeyd edək ki, Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu qayğının nəticəsidir ki, indi ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb.    

BMT-nin qərarına əsasən, yanvarın 24-ü Beynəlxalq Təhsil Günü kimi qeyd olunur. Təşkilatın bu qərarı İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olun ..

2023-01-24
AzTU

AzTU-nun tələbəsi, şəhid Aslan Rzayevin doğum günüdür

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Aslan Rzayev 1995-ci il yanvarın 21-də Bakıda anadan olub. 2012-ci ildə orta məktəbi bitirdikdən sonra AzTU-ya qəbul olunub. 2016-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. Aslan Rzayev 2020-ci ildə başladılan 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar nümayiş etdirib. Oktyabrın 13-də Xocavənd uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Aslan Rzayev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Aslan Rzayev 1995-ci il yanvarın 21-də Bakıda anadan olub. 2012-ci ildə orta mə ..

2023-01-21