Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turniri yekunlaşıb

Mayın 15-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin final oyunu keçirilib. Final mərhələsində AzTU (Azərbaycan) və LDU (Rusiya basketbol komandaları qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən qarşılaşmada LDU (Rusiya) birinci, AzTU (Azərbaycan) basketbol komandası ikinci yerdə qərarlaşıb. TTK (Türkmənistan) komandası isə üçüncü yerin sahibi olub. Qeyd edək ki, azarkeşlər turnirin bütün oyunlarını federasiyanın yutub kanalı vasitəsilə canlı izləyib. Final oyununu isə “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanıb.  

Mayın 15-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 ..

2023-05-15
AzTU

AzTU yol hərəkətinin təhlükəsizliyi üzrə Dövlət Proqramının icrasına töhfə verir

Azərbaycan Texniki Universiteti (AzTU) “Azərbaycan Respublikası Prezidentinin 27.12.2018-ci il tarixli, 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq hərəkət (mobillik) planlarının tərtib edilməsinin icrasına başlayıb. Bu məqsədlə 15 may 2023-cü il tarixində AzTU ilə Quba, Xaçmaz və Qusar rayon icra hakimiyyətləri arasında müqavilə imzalanıb. AzTU-nun rektoru Vilayət Vəliyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və adıçəkilən rayonların icra hakimiyyətlərinin, rayon təsərrüfatı və inzibati strukturlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdiyi geniştərkibli görüşlərdə bildirilib ki, müqavilənin Ulu Öndərin 100 illiyi ərəfəsində imzalanması və “Heydər Əliyev İli”ndə icra olunması mühüm hadisə olmaqla bərabər onun irsinin davamına əhəmiyyətli töhfədir. Natiqlər qeyd olunan Dövlət Proqramının 7.4.6 “Hərəkət (mobillik) planlarının tərtib edilməsi” yarımbəndinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.01.2022-ci il tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”na uyğun icrasını önə çəkərək qeyd ediblər ki, dünyaya sürətlə inteqrasiya olunan respublikamızın şəhərlərində mobillik planının işlənib hazırlanması əhalinin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə artmasına təkan verəcək. Bu qaydalar əsasında hazırlanacaq hesabatlar şəhər nəqliyyat infrastrukturunun ümumi inkişafı, ictimai nəqliyyat şəbəkəsinin işinin yaxşılaşdırılması, piyada hərəkətinin təhlükəsizliyinin artırılması və asanlaşdırılması, velosiped yollarının istiqamətinin müəyyən edilməsi, yollarda digər təkmilləşdirmə üzrə tədbirlər “Şəhərdaxili hərəkət (mobillik) Planları”nda öz əksini tapacaq. Görüşlərdə Quba, Xaçmaz və Qusar rayon icra hakimiyyətlərinin əməkdaşları, həmçinin AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova iştirak edib. Sonda AzTU-nun Sosial İnkişaf Mərkəzinin aparıcı mütəxəssisi, qabaqcıl təhsil işçisi, “Dədə Qorqud” mükafatı laureatı Naqiyə Rzayevanın əl işi olan rəsm əsəri rayon icra hakimiyyətlərinin başçılarına təqdim edilib.  

Azərbaycan Texniki Universiteti (AzTU) “Azərbaycan Respublikası Prezidentinin 27.12.2018-ci il tarixli, 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərə ..

2023-05-15
AzTU

An information session on preparation for the World Robot Olympiad was held at AzTU

An information session on preparation for the World Robot Olympiad was held at Azerbaijan Technical University (AzTU). During the event, AzTU’s Vice Rector Rashad Aliyev provided students with detailed information on the rules of participation, stages, and other important aspects of the Olympiad. He also spoke about AzTU’s “Platon Tech” team, which earned third place at the World Robot Olympiad last year. Aliyev mentioned that the AzTU team became world third place winners in the “Future Innovators Senior” category at the event, which saw over 2,000 participants from 76 countries. He emphasized that AzTU provides all the necessary conditions for students to prepare for international competitions. Later, members of AzTU’s “Platon Tech” team, who won third place at the World Robot Olympiad last year, shared their experiences with the students. As part of the info session, representatives from the Ministry of Youth and Sports answered students’ questions about participating in the World Robot Olympiad.

An information session on preparation for the World Robot Olympiad was held at Azerbaijan Technical University (AzTU). During the event, AzTU’s Vice Rector Rashad Aliyev provided students with d ..

2023-05-15
AzTU

AzTU basketbol komandası beynəlxalq basketbol turnirinin finalına yüksəldi - VIDEO

Mayın 14-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin yarımfinal mərhələsi keçirilib. Turnirin yarımfinal mərhələsində Azərbaycan Texniki Universitetinin (AzTU) basketbol komandası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyunda AzTUkomandası 59:53 hesabı ilə qalib gəlib və finala yüksəlib. Oyun müddətində AzTU basketbol komandasının rəqibdən üstün olması komandamızın fan klubunun üzvlərinin dəstəyi və alqışları ilə müşayiət olunub. Turnirin oyunlarını federasiyanın rəsmi yutub kanalından izləyə bilərsiniz. Qeyd edək ki, beynəlxalq basketbol turnirinin final görüşü 15 may saat 14:30-da keçiriləcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Mayın 14-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 ..

2023-05-14
AzTU

AzTU basketbol komandası Özbəkistan təmsilçilərinə qalib gəldi - VIDEO

Mayın 13-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin növbəti oyunları keçirilib. AzTU (Azərbaycan) və USUPCS (Özbəkistan) tələbələrdən ibarət basketbol komandaları arasında keçirilən oyunda AzTU komandası 66-64 hesabı ilə Belarus təmsilçilərinə qalib gəlib. Oyun müddətində AzTU basketbol komandasının rəqibdən üstün olması komandamızın fan klubunun üzvlərinin dəstəyi və alqışları ilə müşayiət olunub. Turnirin oyunlarını federasiyanın rəsmi yutub kanalından izləyə bilərsiniz. Qeyd edək ki, beynəlxalq basketbol turnirinin final görüşü 15 may saat 14:30-da keçiriləcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.  

Mayın 13-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 ..

2023-05-13
AzTU

AzTU dayanıqlı mobillik proqramının coğrafiyasını genişləndirir

Azərbaycanda BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına xüsusi diqqət göstərilərək məqsədlərin milliləşdirilməsi və konkret icrası istiqamətində əhatəli işlər görülməkdədir. Bu xüsusda “Azərbaycan Respublikası Prezidentinin 27.12.2018-ci il tarixli, 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın, xüsusilə proqramın 7.4.6-cı bəndində nəzərdə tutulmuş “Hərəkət (mobillik) planlarının tərtib edilməsi” yarımbəndinin dövlətin dəstəyi ilə elmi əsasda icrasının təmin edilməsi mühüm əhəmiyyətə malikdir. “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə 12 may 2023-cü il tarixində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Mingəçevir şəhər, Naftalan şəhər və Tovuz rayon icra hakimiyyətləri arasında müqavilə imzalanıb. AzTU-nun rektoru Vilayət Vəliyev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun iştirakı ilə keçirilən geniştərkibli görüşlərdə bildirilib ki, müqavilənin Ulu Öndərin 100 illiyi ərəfəsində imzalanması və “Heydər Əliyev İli”ndə icra olunması mühüm hadisə olmaqla bərabər onun irsinin davamına əhəmiyyətli töhfədir. Görüşlər zamanı dayanıqlı mobillik layihəsinin başlanmasına start verilərək qeyd olunub ki, dünyaya sürətlə inteqrasiya olunan respublikamızın şəhərlərində mobillik planının işlənib hazırlanması əhalinin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə artmasına təkan verəcək. Belə ki, hazırlanacaq hesabatlar şəhər nəqliyyat infrastrukturunun ümumi inkişafı, ictimai nəqliyyat şəbəkəsinin işinin yaxşılaşdırılması, piyada hərəkətinin təhlükəsizliyinin artırılması və asanlaşdırılması, velosiped yollarının istiqamətinin müəyyən edilməsi, yollarda digər təkmilləşdirmə üzrə tədbirlər “Şəhərdaxili hərəkət (mobillik) planları”nda öz əksini tapacaq. Natiqlər layihənin dövlətətin dəstəyi ilə yaradılmış işgüzar şəraitdə universitet-sənaye əməkdaşlığının ən bariz nümunəsi olduğunu vurğulayıb və tələbə-müəllim-əmək bazarı iştirakçılarının təmas nöqtəsi kimi dəyərləndiriblər. Görüşlərdə Mingəçevir şəhər, Naftalan şəhər və Tovuz rayon icra hakimiyyətlərinin əməkdaşları, həmçinin AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova iştirak edib. Sonda AzTU-nun Sosial İnkişaf Mərkəzinin aparıcı mütəxəssisi, qabaqcıl təhsil işçisi, “Dədə Qorqud” mükafatı laureatı Naqiyə Rzayevanın əl işi olan rəsm əsəri Rayon İcra hakimiyyətlərinin başçılarına təqdim edilib.    

Azərbaycanda BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına xüsusi diqqət göstərilərək məqsədlərin milliləşdirilməsi və konkret icrası istiqamətində əhatə ..

2023-05-12
AzTU

AzTU basketbol komandası Belarus təmsilçilərinə böyük hesabla qalib gəldi - VIDEO

Mayın 12-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin növbəti oyunları keçirilib. AzTU (Azərbaycan) və YKSUG (Belarus) tələbələrdən ibarət basketbol komandaları arasında keçirilən oyunda AzTU komandası 81-61 hesabı ilə Belarus təmsilçilərinə qalib gəlib. Oyun müddətində AzTU basketbol komandasının rəqibdən üstün olması komandamızın fan klubunun üzvlərinin dəstəyi və alqışları ilə müşayiət olunub. Turnirin oyunlarını federasiyanın rəsmi yutub kanalından izləyə bilərsiniz. Qeyd edək ki, beynəlxalq basketbol turnirinin final görüşü 15 may saat 14:30-da keçiriləcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Mayın 12-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 ..

2023-05-12
AzTU

AzTU basketbol komandası Türkmənistan təmsilçilərinə qalib gəldi - VIDEO

Mayın 11-də "Sərhədçi" İdman Olimpiya  Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin açılış mərasimi keçirilib. Açılış mərasimindən sonra turnirin qrup mərhələsində 4 oyun keçirilib. AzTU (Azərbaycan) və TTK (Türkmənistan) tələbələrdən ibarət basketbol komandaları arasında keçirilən oyunda AzTU komandası 74-73 hesabı ilə Türkmənistan təmsilçilərinə qalib gəlib. Oyun müddətində AzTU basketbol komandasının rəqibdən üstün olması komandamızın fan klubunun üzvlərinin dəstəyi və alqışları ilə müşayiət olunub. Turnirin oyunlarını federasiyanın rəsmi yutub kanalından izləyə bilərsiniz. Qeyd edək ki, beynəlxalq basketbol turnirinin final görüşü 15 may saat 14:30-da keçiriləcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Mayın 11-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 10 ..

2023-05-11
AzTU

AzTU nümayəndə heyəti Qəbələdə "SAVALAN-ASPİ Winery" müəssisəsində olub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonunda fəaliyyət göstərən "SAVALAN-ASPİ Winery" müəssisəsinə səfər edib.  Məqsəd universitet-sənaye işbirliyinin gücləndirilməsi istiqamətində müəssisələrlə əlaqələrin genişləndirilməsi, həmçinin regionda yaşayan tələbələrin bazar iqtisadiyyatı şəraitində karyera imkanlarına dəstək göstərilməsidir. Qeyd olunub ki, yüksək texnologiyalar əsasında qurulan, geniş istehsalat sahəsini əhatə edən müəssisənin Qəbələ və İsmayıllı rayonları ərazisində üzüm bağları var və ölkəmizin qeyri-neft sektorunun, xüsusilə ixrac potensialının artırılmasında kifayət qədər mühüm rol oynayır. Görüşdə birgə layihələrin icrası, ixtisasartırma kursları, xüsusilə qida mühəndisliyi, elektronika, IT, logistika, iqtisadiyyat və menecment ixtisaslarında təhsil alan tələbələr üçün təcrübə və təqaüd imkanları, universitetdə laborator imkanların gücləndirilməsi, regional aspekti nəzərə alınaraq, məzunların işlə təmin olunmasına dair yanaşma, eləcə də AzTU brendinin tanıdılması istiqamətində birgə addımların atılması müzakirə edilib.  Qeyd edək ki, AzTU rektorunun başçılıq etdiyi nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova, rektorun müşaviri Fikrət Nəbiyev və Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı iştirak edib.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonunda fəaliyyət göstərən "SAVALAN-ASPİ Winery" müəssisəsinə səf ..

2023-05-11
AzTU

AzTU implements the intra-city mobility plan in the regions

On May 11, 2023, an agreement was signed between the Azerbaijan Technical University (AzTU) and the executive authorities of Aghjabedi, Goygol and Shamkir districts for the purpose of preparation of an intra-city movement (mobility) plan.  It should be noted that the agreement measures for the implementation of the State Program on road traffic safety in the Republic of Azerbaijan for 2019-2023 approved by Decree No. 852 of the President of the Republic of Azerbaijan dated December 27, 2018 for the consistent implementation of sustainable development goals 22 of 2022 of the Cabinet of Ministers of the Republic of Azerbaijan in order to ensure the implementation of subsection 7.4.6.1 of the Plan 25 of January Preparation of the intra-city movement (mobility) plan provides for the implementation of works in accordance with the decision. During the signing ceremony, the rector of AzTU Vilayat Valiyev, the head of Aghjabedi District Executive Authority Rafil Huseynov, the head of Goygol District Executive Authority Elvin Pashayev and the head of Shamkir District Executive Authority Rashad Taghiyev were informed that the signing of the agreement on the eve of the Great Leader 100th anniversary. It was the great Leader Haydar Aliyev who paid serious attention to the sustainable development of our cities, especially to the planned design and implementation of road networks.  During the meetings, the project Preparation of intra-city movement (mobility) plan was launched and ideas were exchanged on the progress of the project. It was noted that the development of a mobility plan in the cities of our republic, which is rapidly integrated into the world, will significantly increase the quality of life of the population. So, the reports to be prepared will be reflected in the Intra-City Movement (Mobility) Plans on the general development of the city transport infrastructure, improvement of the work of the public transport network, increasing the safety and facilitation of pedestrian traffic, determining the direction of bicycle paths, and other road improvement measures. Speakers emphasized that the project is the most obvious example of university-industry cooperation in business conditions created with the support of the state and evaluated it as a point of contact for student-teacher-labor market participants. Employees of Agjabedi, Goygol and Shamkir District Executive Authorities, Fuad Dashdamirov, Director of Logistics and Transport Institute of AzTU, Aynura Ismayilova, Head of University-Industry Cooperation and Lifelong Education Center participated in the meetings. In the end, a hand-made painting by Nagiyya Rzayeva, a leading specialist of the Social Development Center of AzTU, an advanced education worker, a laureate of the Dade Gorgud award, was presented to the heads of the district executive authorities.

On May 11, 2023, an agreement was signed between the Azerbaijan Technical University (AzTU) and the executive authorities of Aghjabedi, Goygol and Shamkir districts for the purpose of preparation of a ..

2023-05-11