Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Archieve

“Azərbaycanda rektorlar konfransının yaradılması” layihəsinin monitorinqi keçirilib

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Erasmus+ KA2 proqramı çərçivəsində “Azərbaycanda rektorlar konfransının yaradılması” (ECAR) layihəsinin monitorinqi aparılıb. Monitorinq Azərbaycan Milli Erasmus+ ofisinin direktoru Pərviz Bağırovun rəhbərliyi ilə keçirilib.  Monitorinqdə Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici əlaqələr şöbəsinin layihələr və mübadilə proqramları üzrə baş mütəxəssisi Mətanət Paşayeva iştirak edib. Layihənin koordinatoru Bakı Biznes Universitetinin nümayəndəsi Gülşən Bayramova layihə üzrə həyata keçirilən işlər barədə məlumat verib.  Tədbirdə tərəfdaşlar layihənin icrası ilə bağlı yaranan çətinliklər, risklər və həlli yolları barədə fikir mübadiləsi aparıblar. Monitorinq sual-cavab formatında davam etdirilib.

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Erasmus+ KA2 proqramı çərçivəsində “Azərbaycanda rektorlar konfransının yaradılması” (ECAR) layihəsinin monitorinqi ap ..

2021-10-20
Archieve

“CRENG” office and laboratory launched at AzTU

The “CRENG” office and laboratory, established as part of the “Crisis and Risk Engineering for Transport Services” (CRENG) project under the Erasmus+ KA2 program at Azerbaijan Technical University (AzTU), have been opened for student use. Set up under the Institute of Logistics and Transportation, the office and laboratory are equipped with modern computers acquired through the project. Students enrolled in the master’s program “Crisis and Risk Engineering for Transport Services” will conduct their laboratory sessions at the new “CRENG” laboratory. The office’s activities include researching and examining current issues in the transportation sector, and students will be involved in these efforts. It is also planned to host professional development training for transportation sector specialists at the “CRENG” office. Note that on October 11, the Minister of Education, Emin Amrullayev, took part in the official opening ceremony of the “CRENG” office and laboratory.

The “CRENG” office and laboratory, established as part of the “Crisis and Risk Engineering for Transport Services” (CRENG) project under the Erasmus+ KA2 program at Azerbaijan Technical Univer ..

2021-10-15
Archieve

“Yem kalkulyatoru” pilot layihəsinin müzakirəsi keçirilib

Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) üzrə icra edilən “Yem kalkulyatoru” pilot layihəsinin növbəti müzakirəsi keçirilib.   Onlayn formatda keçirilən təqdimatda Azərbaycan Texniki Universitetinin (AzTU), Kənd Təsərrüfatı Nazirliyi yanında  Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) və iri fermer təsərrüfatlarının nümayəndələri iştirak edib.  Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov bildirib ki, “Yem kalkulyatoru” layihəsi ölkənin 94%-ni əhatə edən kiçik və orta fermer təsərrüfat sahiblərinin istifadəsi üçün nəzərdə tutulub. Qeyd edib ki, yem kalkulyatoru müxtəlif növ heyvanların yemlənməsi üçün zəruri yem qarışığını müəyyən etməyə imkan verəcək faydalı mobil tətbiqdir.  Layihənin müəllifi Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin Zootexniki xidmətlər sektorunun müdiri Tərlan Əskərov yem kalkulyatorunun iş prinsipi və hesablama qaydası barədə məlumat verib. Daha sonra iştirakçıların yem kalkulyatoru layihəsi üzrə rəy və təklifləri dinlənilib.  

Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universite ..

2021-10-08
AzTU

Layihə çərçivəsində universitet prorektorlarından ibarət fokus qrupun müsahibəsi keçirilib

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Erasmus + KA2 proqramı çərçivəsində “Azərbacanda Rektorlar konfransının yaradılması” (ECAR) layihəsi üzrə prorektorlardan ibarət fokus qrupun müsahibəsi keçirilib. Görüş zamanı layihənin gedişatı haqqında ümumi məlumat verilib, sorğu nəticələrindən irəli gələn məsələllərin və görüləcək işlərin  müzakirələri aparılıb. Bakı Biznes Universitetində baş tutan fokus qrup müsahibəsində Azərbaycan Texniki Universitini (AzTU) Beynəlxalq əlaqələr üzrə prorektor Sübhan  Namazov təmsil edib. Müsahibədə Erasmus+  milli ofisinin rəhbəri Pərviz Bağırov da iştirak edib. Növbəti mərhələdə layihənin tərəfdaşı olan universitetlərin rektorlarından ibarət fokus qrup görüşünün keçirilməsi nəzərdə tutulur. 

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Erasmus + KA2 proqramı çərçivəsində “Azərbacanda Rektorlar konfransının yaradılması” (ECAR) layihəsi üzrə prorektorl ..

2021-10-05
Archieve

Layihə çərçivəsində universitet prorektorlarından ibarət fokus qrupun müsahibəsi keçirilib

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Erasmus + KA2 proqramı çərçivəsində “Azərbacanda Rektorlar konfransının yaradılması” (ECAR) layihəsi üzrə prorektorlardan ibarət fokus qrupun müsahibəsi keçirilib. Görüş zamanı layihənin gedişatı haqqında ümumi məlumat verilib, sorğu nəticələrindən irəli gələn məsələllərin və görüləcək işlərin  müzakirələri aparılıb. Bakı Biznes Universitetində baş tutan fokus qrup müsahibəsində Azərbaycan Texniki Universitini (AzTU) Beynəlxalq əlaqələr üzrə prorektor Sübhan  Namazov təmsil edib. Müsahibədə Erasmus+  milli ofisinin rəhbəri Pərviz Bağırov da iştirak edib. Növbəti mərhələdə layihənin tərəfdaşı olan universitetlərin rektorlarından ibarət fokus qrup görüşünün keçirilməsi nəzərdə tutulur. 

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Erasmus + KA2 proqramı çərçivəsində “Azərbacanda Rektorlar konfransının yaradılması” (ECAR) layihəsi üzrə prorektorl ..

2021-10-05
Archieve

UniClad layihəsi çərçivəsində növbəti işçi görüşü keçirilib

Avropa Birliyinin maliyyələşdirdiyi Erasmus+KA 2 proqramı çərçivəsində “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) üzrə işlər davam etdirilir. Layihəyə uyğun olaraq Azərbaycan Texniki Universiteti (AzTU) ilə Aqrar Elm və İnnovasiya Mərkəzi arasında onlayn işçi görüş keçirilib.  Görüşdə universitetdə yaradılan İnnovativ Texnologiyalar Mərkəzinin fəaliyyətinin təmin olunması istiqamətində bir sıra məsələlər müzakirə olunub. Müzakirə zamanı layihə üzrə görülən işlər, elmi-tədqiqat mövzusunun müəyyən olunması, keçiriləcək təlimlərin mövzuları, Mərkəzin fəaliyyəti üzrə potensial əməkdaşlıq müəssisələrinin seçilməsi, onlarla əməkdaşlıq sənədlərinin imzalanması və bir sıra digər inzibati işlər barədə fikir mübadiləsi aparılıb. Pandemiya ilə əlaqədar layihənin müddətinin bir il uzadılmasının Avropa Birliyi tərəfindən təsdiqlənməsini nəzərə alaraq, tərəflər işçi qaydada ikitərəfli müqavilənin qeyd olunan vaxta qədər uzadılması barədə razılığa gəliblər. Görüşdə İnnovativ Texnologiyalar Mərkəzinin işi çərçivəsində klasterlərin yaradılması üçün AzTU-ya təhkim olunan Avropa partnoyorunun müəyyən olunduğu və yaxın gələcəkdə onların iştirakı ilə işçi görüşlərin keçiriləcəyi də qeyd olunub.

Avropa Birliyinin maliyyələşdirdiyi Erasmus+KA 2 proqramı çərçivəsində “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universite ..

2021-09-23
Archieve

AzTU-da səhiyyədə keyfiyyət menecmenti üzrə yeni ixtisaslaşma açılacaq

Erasmus+ KA2 proqramı çərçivəsində yerinə yetirilən “Rusiya Federasiyası, Qazaxstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı, peşə magistri hazırlığı” (LMQS) layihəsi çərçivəsində növbəti onlayn görüş təşkil edilib. Müzakirələr layihə üzrə koordinator universitet olan Qərbi Attika Universitetinin işçi komandası ilə Azərbaycan Texniki Universitetinin (AzTU) işçi komandası arasında keçirilib. Görüşdə Səhiyyə Nazirliyinin analitik ekspertiza mərkəzinin nümayəndəsi də iştirak edib. Müzakirələrdə layihə çərçivəsində AzTU-da bakalavr və magistratura səviyyələrində yerinə yetiriləcək ixtisasların adları müəyyən edilib və bu istiqamətində universitetdaxili görüləcək işlər diqqətə çatdırılıb.  Qeyd edilib ki, layihə çərçivəsində AzTU-da səhiyyədə keyfiyyət menecmenti ixtisaslaşması açılacaq. Görüş zamanı 2021-ci ilin dekabrında layihə tərəfdaşlarının rəhbər işçiləri üçün keçirilməsi nəzərdə tutulan strateji təlimlərin təşkili ilə bağlı müzakirələr aparılıb və hazırlıqlara başlanılması üçün müvafiq təlimatlar verilib.   

Erasmus+ KA2 proqramı çərçivəsində yerinə yetirilən “Rusiya Federasiyası, Qazaxstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq ..

2021-09-17
Archieve

CRENG layihəsi çərçivəsində magistratura səviyyəsində yeni ixtisasa tələbə qəbulu aparılıb

Azərbaycan Texniki Universitetində (AzTU) yeni açılan “Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi” ixtisasına 2021/2022-ci il tədris ili üzrə ilk dəfə olaraq magistratura səviyyəsində tələbə qəbulu aparılıb. Avropa İttifaqının maliyyələşdirdyi Erasmus+ KA2 proqramının “Nəqliyyat xidmətlərində risk və böhran mühəndisliyi” (CRENG) layihəsi çərçivəsində yaradılan ixtisas üzrə AzTU-ya 6 magistrant qəbul edilib. Qeyd edək ki, “Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi” ixtisaslaşması üzrə yeni və müasir tədris proqramı əsasında müvafiq təlim keçmiş professor-müəllim heyəti tərəfindən 13 fənn tədris ediləcək. Xatırladaq ki, Nazirlər Kabinetinin 8 avqust 2020-ci il qərarı ilə CRENG layihəsi çərçivəsində AzTU-da “Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarəedilməsi” ixtisaslaşması ixtisas siyahısına daxil edilib. Universitetdə yeni ixtisas üzrə 2020/2021-ci tədris ili üçün “Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi” proqramının “Nəqliyyat logistikası” ixtisaslaşması üzrə pilot tədris təşkil edilib. 2020/2021-ci tədris ilinin yaz semestrində 5 fənn üzrə tədris müvəffəqiyyətlə yerinə yetirilib. 

Azərbaycan Texniki Universitetində (AzTU) yeni açılan “Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi” ixtisasına 2021/2022-ci il tədris ili üzrə ilk dəfə olaraq ..

2021-09-16
AzTU

UniClaD layihəsi çərçivəsində növbəti görüş keçirilib

Avropa Birliyinin maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) üzrə tərəfdaşların iştirakı ilə növbəti onlayn görüş keçirilib. Görüşdə Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru Sübhan Namazov, Xarici əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah, layihələr və mübadilə proqramları üzrə baş mütəxəssis Mətanət Paşayeva, layihə çərçivəsində birgə əməkdaşlıq qurulan Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov, direktor müavini Anar Cəfərov və Texnoloji transfer və innovasiya şöbəsinin müdiri Emin Nəsibli iştirak edib.  Görüş zamanı layihə çərçivəsində yaradılan Bilik Mərkəzlərinin fəaliyyətinin təşkili və pilot layihələrin icra edilməsi ilə bağlı tələblər müəyyənləşib. Pandemiya şəraitində səyahət məhdudiyyətləri nəzərə alınmaqla birgə tələbə mobilliyi və konfransların keçirilməsi, eyni zamanda öyrədici səfərlərin təşkili ilə bağlı məsələlər də müzakirə edilib. İlk səfərin oktyabrda Kiyev şəhərində keçirilməsi planlaşdırılıb. Layihə çərçivəsində növbəti görüşün sentyabrın sonunda keçirilməsi qərara alınıb.

Avropa Birliyinin maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlə ..

2021-09-15
Archieve

Səhiyyə xidmətlərində keyfiyyətin idarə olunması üzrə Avropa təcrübəsi öyrənilir

Azərbaycan Texniki Univeristetinin (AzTU) tərəfdaşı olduğu Erasmus+ KA2 proqramı çərçivəsində yerinə yetirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı, peşə magistr hazırlığı” (LMQS) layihəsi üzrə təlimlərə start verilib. Təlimlər layihənin koordinatoru Qərbi Attika Universitetinin  təşkilatçılığı ilə Yunanıstanın Afina şəhərində keçirilir.  Tədbirdə AzTU-nu Beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov, rektorun müşaviri Fariz Məmmədov və layihənin əlaqələndiricisi, professor Həsən Hüseynov təmsil edir. Təlimdə Azərbaycanda menecment (səhiyyə xidmətlərində keyfiyyətin idarə olunması) ixtisaslaşması üzrə yeni magistr proqramının yaradılması ilə bağlı Avropa təcrübəsi öyrənilir. Eyni zamanda, bu sahədə müasir təcrübənin ölkəmizdə tətbiqi üçün Avropada səhiyyə xidmətlərinin keyfiyyətinə nəzarət, onun qiymətləndirilməsi, sertifikatlaşdırılması və səmərəliliyinin müəyyən edilməsi metodlarının öyrənilməsi və tədris prosesində tətbiqi istiqamətində müzakirələr aparılır. Təlim və müzakirələrdə Azərbaycandan layihənin tərəfdaş universitetləri olan İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Naxçıvan Dövlət Universitetinin nümayəndələri də iştirak edirlər.

Azərbaycan Texniki Univeristetinin (AzTU) tərəfdaşı olduğu Erasmus+ KA2 proqramı çərçivəsində yerinə yetirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə stratej ..

2021-09-12