Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da Türkiyənin Cümhuriyyət Bayramı qeyd olunub

AzTU-da Türkiyənin Cümhuriyyət Bayramı qeyd olunub

30.10.2025     42     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov Türkiyə Cümhuriyyətinin yaranma tarixinə qısa nəzər salıb, bu günün əhəmiyyətindən danışıb. O, Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin dərin köklərə malik olduğunu vurğulayıb.

Daha sonra Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev tələbələri bayram münasibətilə təbrik edib, iki qardaş ölkə arasında elmi, mədəni və mənəvi əlaqələrin möhkəmlənməsində gənclərin rolunu xüsusi qeyd edib.

Universitetin tələbəsi Fatih Emir Torun isə Türkiyə Cümhuriyyətinin yaranması, Mustafa Kamal Atatürkün rəhbərliyi ilə həyata keçirilən islahatlar və həmin dövrün tarixi hadisələri barədə qısa məruzə ilə çıxış edib.

Tədbir tələbələrin hazırladığı ədəbi-bədii kompozisiyalar, musiqi nömrələri və Türkiyə haqqında təqdimatlarla davam edib. Sonda iştirakçılar Cümhuriyyət Bayramına həsr olunan videoçarxı izləyiblər.


Digər xəbərlər