Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-da “Yüz Ölç, Bir Kliklə – Virtual Təhdidlərə Qarşı” mövzusunda təlim keçirilib

“Prosol” şirkətinin əməkdaşları Azərbaycan Texniki Universitetində (AzTU) “Yüz Ölç, Bir Kliklə – Virtual Təhdidlərə Qarşı” mövzusunda təlim keçirib. Təlimin məqsədi yaranan virtual təhlükələrlə mübarizə aparmaq və təhlükəsiz rəqəmsal mənzərəni inkişaf etdirmək üçün tələbələrə əsas bilik və bacarıqları aşılamaqdan ibarətdir. Təlimdə ümumi hücum vektorları, təhlükəsiz kodlaşdırma təcrübələri, insidentlərə qarşı cavab strategiyaları və fəal müdafiə tədbirləri də daxil olmaqla kibertəhlükəsizliklə bağlı geniş mövzular əhatə olunub. Sonda keçirilən sual-cavab sessiyasında fəal iştirak edən tələbələrə hədiyyələr təqdim olunub.    

“Prosol” şirkətinin əməkdaşları Azərbaycan Texniki Universitetində (AzTU) “Yüz Ölç, Bir Kliklə – Virtual Təhdidlərə Qarşı” mövzusunda təlim keçirib. Təlimin məqsə ..

2023-05-17
AzTU

AzTU tələbələri üçün fərdi karyera konsultasiya xidməti keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera və Məşğulluq Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının birgə təşkilatçılığı ilə AzTU tələbələri üçün ekspres karyera konsultasiya xidməti həyata keçirilib. Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının mütəxəssisi Nərgiz Bayramova fərdi konsultasiyalardan yararlanan tələbələri karyera planlaması, əmək bazarı, rezüme (CV) və istək məktubun hazırlanması, iş müsahibələrinə hazırlıq, iş həyatında diqqət edilməli məqamlar, tələb və təklif arasındakı uyğunluq barədə məlumatlandırıb. Gün ərzində davam edən xidmət zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera və Məşğulluq Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının birgə təşkilatçılığı ilə AzTU tələbələr ..

2023-05-15
AzTU

"Heydər Əliyev və azərbaycançılıq ideologiyası" adlı məntiq olimpiadasının mükafatlandırma mərasimi keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) və “Prestij-S” tədris mərkəzinin birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Heydər Əliyev və azərbaycançılıq ideologiyası” adlı məntiq olimpiadasının mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərmin Rzayeva olimpiada qaliblərini təbrik edib. Bildirib ki, belə olimpiadaların keçirilməsi tələbələrin məntiqi təfəkkürünün inkişaf etdirilməsi, onların potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyətə malikdir. Nərmin Rzayeva məntiq olimpiadalarının universitetdə mütəmadi təşkil ediləcəyini də diqqətə çatdırıb. Daha sonra “Prestij-S” tədris mərkəzinin direktoru Samid Səfərov çıxış edərək təbriklərini çatdırıb və olimpiadanın qaliblərinin adlarını açıqlayıb. Nəticələrə əsasən, AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbəsi Əkrəm Məlikov 1-ci, Energetika və avtomatika fakültəsinin tələbəsi Tofiq Nəsibli 2-ci, Maşınqayırma və robototexnika fakültəsinin tələbəsi Vüsal Şaməmmədli isə 3-cü yerə layiq görülüb. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb. Bundan başqa, olimpiadada uğurlu nəticə göstərən ilk 100 yerin sahibinə və könüllülərə sertifikat təqdim olunub.

Azərbaycan Texniki Universiteti (AzTU) və “Prestij-S” tədris mərkəzinin birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Heydər Əliyev və azər ..

2023-05-15
AzTU

AzTU-da tələbələrin peşə seçimi və karyera inkişafı ilə bağlı görüş keçirilib

"Alqoritmika" beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin təşkilatçılığı ilə  Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrin peşə seçimi və karyera inkişafı ilə bağlı görüş keçirilib. Məqsəd “IT Academy” və “Code For Future” məzunları ilə informasiya texnologiyaları sahəsinə marağı olan gənclər arasında şəbəkə yaratmaq, tələbələrin peşə seçiminə və  onların bu istiqamətdə inkişafına dəstək olmaqdan ibarətdir. Əvvəlcə “Alqoritmika Azərbaycan”ın işə qəbul üzrə layihə meneceri Səmayə Mərdanova tədbirin əhəmiyyəti barədə tələbələrə geniş məlumat verib. Daha sonra “IT Academy” və “Code For Future” layihələrində iştirak etmiş və hazırda “PAŞA Pay” şirkətində təcrübə keçən məzunlar əldə etdikləri biliklər, iş fəaliyyətləri haqqında təcrübələrini tələbələrlə bölüşüblər. Tədbirin növbəti hissəsində karyerara məsləhətçisi Mikayıl Tağıyev ”Karyera zamanlaması” mövzusunda geniş təqdimatla çıxış edib. Təqdimatdan sonra tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

"Alqoritmika" beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrin peşə seçimi və karyera inkişafı il ..

2023-05-15
AzTU

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turniri yekunlaşıb

Mayın 15-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin final oyunu keçirilib. Final mərhələsində AzTU (Azərbaycan) və LDU (Rusiya) basketbol komandaları qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən qarşılaşmada LDU (Rusiya) birinci, AzTU (Azərbaycan) basketbol komandası ikinci yerdə qərarlaşıb. TTK (Türkmənistan) komandası isə üçüncü yerin sahibi olub. Qeyd edək ki, azarkeşlər turnirin bütün oyunlarını federasiyanın yutub kanalı vasitəsilə canlı izləyib. Final oyununu isə “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanıb.  

Mayın 15-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 ..

2023-05-15
AzTU

AzTU yol hərəkətinin təhlükəsizliyi üzrə Dövlət Proqramının icrasına töhfə verir

Azərbaycan Texniki Universiteti (AzTU) “Azərbaycan Respublikası Prezidentinin 27.12.2018-ci il tarixli, 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq hərəkət (mobillik) planlarının tərtib edilməsinin icrasına başlayıb. Bu məqsədlə 15 may 2023-cü il tarixində AzTU ilə Quba, Xaçmaz və Qusar rayon icra hakimiyyətləri arasında müqavilə imzalanıb. AzTU-nun rektoru Vilayət Vəliyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və adıçəkilən rayonların icra hakimiyyətlərinin, rayon təsərrüfatı və inzibati strukturlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdiyi geniştərkibli görüşlərdə bildirilib ki, müqavilənin Ulu Öndərin 100 illiyi ərəfəsində imzalanması və “Heydər Əliyev İli”ndə icra olunması mühüm hadisə olmaqla bərabər onun irsinin davamına əhəmiyyətli töhfədir. Natiqlər qeyd olunan Dövlət Proqramının 7.4.6 “Hərəkət (mobillik) planlarının tərtib edilməsi” yarımbəndinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.01.2022-ci il tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”na uyğun icrasını önə çəkərək qeyd ediblər ki, dünyaya sürətlə inteqrasiya olunan respublikamızın şəhərlərində mobillik planının işlənib hazırlanması əhalinin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə artmasına təkan verəcək. Bu qaydalar əsasında hazırlanacaq hesabatlar şəhər nəqliyyat infrastrukturunun ümumi inkişafı, ictimai nəqliyyat şəbəkəsinin işinin yaxşılaşdırılması, piyada hərəkətinin təhlükəsizliyinin artırılması və asanlaşdırılması, velosiped yollarının istiqamətinin müəyyən edilməsi, yollarda digər təkmilləşdirmə üzrə tədbirlər “Şəhərdaxili hərəkət (mobillik) Planları”nda öz əksini tapacaq. Görüşlərdə Quba, Xaçmaz və Qusar rayon icra hakimiyyətlərinin əməkdaşları, həmçinin AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova iştirak edib. Sonda AzTU-nun Sosial İnkişaf Mərkəzinin aparıcı mütəxəssisi, qabaqcıl təhsil işçisi, “Dədə Qorqud” mükafatı laureatı Naqiyə Rzayevanın əl işi olan rəsm əsəri rayon icra hakimiyyətlərinin başçılarına təqdim edilib.

Azərbaycan Texniki Universiteti (AzTU) “Azərbaycan Respublikası Prezidentinin 27.12.2018-ci il tarixli, 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərə ..

2023-05-15
AzTU

AzTU-da Dünya Robot Olimpiadasına hazırlıqla bağlı infosessiya keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Dünya Robot Olimpiadasına hazırlıqla bağlı məlumatlandırma sessiyası keçirilib. Tədbirdə çıxış edən AzTU-nun prorektoru Rəşad Əliyev olimpiadada iştirak qaydaları, mərhələlər və digər vacib məqamlar haqqında tələbələrə ətraflı məlumat verib. Rəşad Əliyev ötən il Dünya Robot Olimpiadasında 3-cü yerə layiq görülən AzTU-nun "Platon Tech" komandası barədə də danışıb. Bildirib ki, ötən il 76 ölkədən 2000-dən çox iştirakçının qatıldığı Dünya Robot Olimpiadasında AzTU komandası "Future innovators senior" nominasiyası üzrə dünya üçüncüsü olub. Rəşad Əliyev onu da vurğulayıb ki, tələbələrin beynəlxalq yarışlara hazırlaşmaları üçün AzTU-da hər cür şərait yaradılıb. Daha sonra ötən il Dünya Robot Olimpiadasında 3-cü yerə layiq görülən AzTU-nun "Platon Tech" komandasının üzvləri bu istiqamətdə təcrübələrini tələbələrlə bölüşüb. İnfosessiya çərçivəsində Gənclər və İdman Nazirliyinin nümayəndələri Dünya Robot Olimpiadasında iştirakla bağlı tələbələrin suallarını cavablandırıb.

Azərbaycan Texniki Universitetində (AzTU) Dünya Robot Olimpiadasına hazırlıqla bağlı məlumatlandırma sessiyası keçirilib. Tədbirdə çıxış edən AzTU-nun prorektoru Rəşad Əliyev oli ..

2023-05-15
AzTU

AzTU basketbol komandası beynəlxalq basketbol turnirinin finalına yüksəldi - VİDEO

Mayın 14-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin yarımfinal mərhələsi keçirilib. Turnirin yarımfinal mərhələsində Azərbaycan Texniki Universitetinin (AzTU) basketbol komandası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyunda AzTU komandası 59:53 hesabı ilə qalib gəlib və finala yüksəlib. Oyun müddətində AzTU basketbol komandasının rəqibdən üstün olması komandamızın fan klubunun üzvlərinin dəstəyi və alqışları ilə müşayiət olunub. Turnirin oyunlarını federasiyanın rəsmi yutub kanalından izləyə bilərsiniz. Qeyd edək ki, beynəlxalq basketbol turnirinin final görüşü 15 may saat 14:30-da keçiriləcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Mayın 14-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 ..

2023-05-14
AzTU

AzTU basketbol komandası Özbəkistan təmsilçilərinə qalib gəldi - VİDEO

Mayın 13-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin növbəti oyunları keçirilib. AzTU (Azərbaycan) və USUPCS (Özbəkistan) tələbələrdən ibarət basketbol komandaları arasında keçirilən oyunda AzTU komandası 66-64 hesabı ilə Belarus təmsilçilərinə qalib gəlib. Oyun müddətində AzTU basketbol komandasının rəqibdən üstün olması komandamızın fan klubunun üzvlərinin dəstəyi və alqışları ilə müşayiət olunub. Turnirin oyunlarını federasiyanın rəsmi yutub kanalından izləyə bilərsiniz. Qeyd edək ki, beynəlxalq basketbol turnirinin final görüşü 15 may saat 14:30-da keçiriləcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.  

Mayın 13-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 ..

2023-05-13
AzTU

AzTU dayanıqlı mobillik proqramının coğrafiyasını genişləndirir

Azərbaycanda BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına xüsusi diqqət göstərilərək məqsədlərin milliləşdirilməsi və konkret icrası istiqamətində əhatəli işlər görülməkdədir. Bu xüsusda “Azərbaycan Respublikası Prezidentinin 27.12.2018-ci il tarixli, 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın, xüsusilə proqramın 7.4.6-cı bəndində nəzərdə tutulmuş “Hərəkət (mobillik) planlarının tərtib edilməsi” yarımbəndinin dövlətin dəstəyi ilə elmi əsasda icrasının təmin edilməsi mühüm əhəmiyyətə malikdir. “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə 12 may 2023-cü il tarixində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Mingəçevir şəhər, Naftalan şəhər və Tovuz rayon icra hakimiyyətləri arasında müqavilə imzalanıb. AzTU-nun rektoru Vilayət Vəliyev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun iştirakı ilə keçirilən geniştərkibli görüşlərdə bildirilib ki, müqavilənin Ulu Öndərin 100 illiyi ərəfəsində imzalanması və “Heydər Əliyev İli”ndə icra olunması mühüm hadisə olmaqla bərabər onun irsinin davamına əhəmiyyətli töhfədir. Görüşlər zamanı dayanıqlı mobillik layihəsinin başlanmasına start verilərək qeyd olunub ki, dünyaya sürətlə inteqrasiya olunan respublikamızın şəhərlərində mobillik planının işlənib hazırlanması əhalinin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə artmasına təkan verəcək. Belə ki, hazırlanacaq hesabatlar şəhər nəqliyyat infrastrukturunun ümumi inkişafı, ictimai nəqliyyat şəbəkəsinin işinin yaxşılaşdırılması, piyada hərəkətinin təhlükəsizliyinin artırılması və asanlaşdırılması, velosiped yollarının istiqamətinin müəyyən edilməsi, yollarda digər təkmilləşdirmə üzrə tədbirlər “Şəhərdaxili hərəkət (mobillik) planları”nda öz əksini tapacaq. Natiqlər layihənin dövlətin dəstəyi ilə yaradılmış işgüzar şəraitdə universitet-sənaye əməkdaşlığının ən bariz nümunəsi olduğunu vurğulayıb və tələbə-müəllim-əmək bazarı iştirakçılarının təmas nöqtəsi kimi dəyərləndiriblər. Görüşlərdə Mingəçevir şəhər, Naftalan şəhər və Tovuz rayon icra hakimiyyətlərinin əməkdaşları, həmçinin AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova iştirak edib. Sonda AzTU-nun Sosial İnkişaf Mərkəzinin aparıcı mütəxəssisi, qabaqcıl təhsil işçisi, “Dədə Qorqud” mükafatı laureatı Naqiyə Rzayevanın əl işi olan rəsm əsəri rayon icra hakimiyyətlərinin başçılarına təqdim edilib.    

Azərbaycanda BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına xüsusi diqqət göstərilərək məqsədlərin milliləşdirilməsi və konkret icrası istiqamətində əhatə ..

2023-05-12