Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaşı ICPC hərəkatının inkişafında xüsusi xidmətlərinə görə mükafatlandırılıb

AzTU əməkdaşı ICPC hərəkatının inkişafında xüsusi xidmətlərinə görə mükafatlandırılıb

08.07.2024     695     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) “SmartTech” İnnovatorlar Mərkəzinin əməkdaşı Vüqar Hüseynli “ICPC Azərbaycan” çərçivəsində keçirilən simpoziumda ICPC hərəkatının inkişafında xüsusi xidmətlərinə görə mükafatlandırılıb.

Qeyd edək ki, simpozuim çərçivəsində ICPC hərəkatı, proqramlaşdırma olimpiadalarının İT sənayesinə təsiri və ölkənin rəqəmsallaşmasında rolu mövzularında panel sessiyalar təşkil olunub.

Tələbələrin, ümumilikdə isə gənclərin proqramlaşdırma və İT sahəsinə marağının artırılması istiqamətində müzakirələr aparılıb. Həmçinin yerli universitetlərin beynəlxalq müsabiqələrdə göstərdiyi yüksək nəticələr diqqətə çatdırılıb.

AzTU-nun rektoru Vilayət Vəliyev simpoziyumda mükafatlandırılan Vüqar Heseynli ilə görüşüb, ona fəaliyyətində uğurlar arzulayıb.


Digər xəbərlər