Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU tələbələri “TUSAŞ Lift Up” müsabiqəsinin qalibi olub

2023/2024-cü tədris ilində Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq və Maşınqayırma və robototexnika fakültələrinin IV kurs bakalavr tələblərindən ibarət 3 komanda “TUSAŞ Lift Up” – Sənaye Yönümlü Buraxılış (Məzun) Layihələri Müsabiqəsinin qalibi olub. Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) tərəfindən təşkil olunan müsabiqədə məqsəd sonuncu kursda təhsil alan tələbələrin komanda şəklində buraxılış işi – məzun layihəsi həyata keçirməsidir. Bununla bakalavriat səviyyəsini bitirən tələbələr aviasiya problemlərinin həllinə istiqamətlənən mövzularda diplom rəhbərləri və sənaye üzrə məsləhətçilərlə birlikdə TUSAŞ məhsul qrupları (vertolyot, təyyarə, PUA, milli döyüş təyyarələri, kosmik sistemlər və aviasiya konstruksiyaları) istiqamətində aktual məsələlərin tədqiqində iştirak edirlər. Ölkəmizin ilk dəfə iştirak etdiyi bu müsabiqədə AzTU-nun 3 layihə komandası Türkiyənin 355 layihə komandası ilə eyni vaxtlı prosesdə iştriak edəcək. Layihə başa çatdıqdan sonra komandaların nəticələri yenidən qiymətləndirilərək ən yaxşı 5 fərdi mükafata layiq görüləcək. Komandalarla keçirilən başlanğıc (kick-off meeting) görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev qalib komanda üzvlərini bu böyük uğurları münasibətlə təbrik edib, layihəyə töhfəsi olan professor-müəllif heyətinə təşəkkürünü bildirib və bunun universitet-sənaye işbirliyinə ciddi töhfə olacağını vurğulayıb. O, TUSAŞ-ın baş direktoru Prof. Dr. Təməl Kotil başda olmaqla TUSAŞ ailəsinə, xüsusilə TUSAŞ-ın Universitet-Sənaye Əməkdaşlığı Departamantində fəaliyyət göstərən komandanın üzvlərinə öz təşəkkürünü bildirib.  Qeyd edək ki, professor Arif Məmmədovun rəhbərliyi ilə 5, dosent Heyran Abbasovanın rəhbərliyi ilə 3 və dosent Malik Qarayevin rəhbərliyi ilə 5 bakalavr tələbəsindən (4-cü kurs) ibarət komandalar iş aparacaqlar. Komandalar müvafiq olaraq "Alətlərin istehsalında istifadə olunan polad lövhələrin və profillərin qaz qaynaq qabiliyyətinə pas, soyuducu və səthin təmizlənməsi təsirinin öyrənilməsi" (Takım Üretiminde Kullanılan Çelik Plaka ve Profillerde Pas, Soğutucu Sıvı ve Yüzey Temizliğinin Gaz altı Kaynak Kabiliyetine Etkisinin incelenmesi), "Aluminium xəlitəsindən hazırlanan hissələrin emalı üçün qüvvə analizi əsasında kəsici alətlərin modelləşdirilməsi" (Alüminyum Alaşım İşlemesinde Kuvvet Analizlerine Bağlı Olarak Kesici Takım Modellenmesi) və "Nazik divarlı səthlərin mexaniki emal əməliyyatlarında yonqar çıxarma prosesinin analizi" (İnce Cidarlı Yüksek Duvarlarda Talaş Kaldırma Operasyonları) mövzularında diplom işlərini – məzun layihələrini yerinə yetirəcəklər. Hər bir layihənin büdcəsi 20.000 türk lirəsi olmaqla cəmi 60.000 türk lirəsi təşkil edir. Bu məbləğ komandaların material xərclərinin ödənilməsi üçün nəzərdə tutulur. Xatırladaq ki, AzTU-nun TUSAŞ ilə əməkdaşlığı 2022-ci ildən etibarən başlayıb və hazırkı istiqamət Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzi tərəfindən koordinasiya edilir. 

2023/2024-cü tədris ilində Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq və Maşınqayırma və robototexnika fakültələrinin IV kurs bakalavr tələblərindən ..

2023-12-05
AzTU

AzTU-da “Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” II beynəlxalq elmi-praktiki konfrans keçirilir

Azərbaycan Texniki Universitetində (AzTU)  “Maşınqayırma və energetika: yeni konsepsiyalar və tex­nologi­ya­lar” II beynəlxalq elmi-praktiki konfrans işinə başlayıb. Konfrans iştirakçıları əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb. Daha sonra ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib. AzTU-nun rektoru Vilayət Vəliyev beynəlxalq konfransın plenar iclasında bildirib ki, tədbir Almaniyanın Brandenburq Texniki Universiteti və Türkiyənin Qazi Universiteti ilə birgə təşkil olunub. Qeyd edib ki, konfransın fəaliyyəti maşınqayırma və energetika sahələrinin müəssi­sə­lə­ri­nin inkişaf perspektivlərinin, yeni elmi və istehsal həll yollarının, tex­no­lo­gi­ya­la­rın, mövcud vəziyyətdə iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin axtarı­şı­na, istehsal sektorunda kiçik və orta biznesin formalaşması və inkişafı ilə bağlı geniş müzakirələrin, eləcə də universitet-sənaye iş birliyi, nüfuzlu elm məktəbləri və müəssisə rəhbərləri ilə qarşılıqlı əlaqələrin yaradılmasına yönəlib. Məqsəd maşınqayırma və enerji sa­hə­lə­ri­nin inkişafının təmini ilə əlaqədar elm, təhsil və tədqiqat sahələrinə ekoloji təhlükəsizlik və bu sahələrin infrastrukturunun iqtisadi səmərəliliyinin artmasını müəyyənləşdirən yeni çağırışların formalaşdırılmasıdır. Daha sonra Brandenburq Texniki Universiteti Cottbus-Senftenbergin (BTU Cottbus-Senftenberg) rektoru Gesine Grande və Qazi Universitenin rektoru  Musa Yıldız konfransa onlayn qoşularaq iştirakçılara uğurlar arzulayıblar. Konfransda ümumilikdə 7 ölkənin 37 müəssisəsinin əməkdaşları (Azərbaycan 18, Türkiyə -5, Russiya 7, Almaniya 4, Belarus 1, Qazaxıstan 1, İsveç 1) çıxış edəcək.  Konfransın nəticələrinə əsəsan, konfrans materialları İsveçrənin “Trans Tech Publication” nəşriyyatı tərəfindən nüfuzlu xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan 6 jurnalda çap olunmaq üçün tövsiyə ediləcək. 6 bölmədə işini davam etdirən konfrans dekabrın 5-də yekunlaşacaq.

Azərbaycan Texniki Universitetində (AzTU) “Maşınqayırma və energetika: yeni konsepsiyalar və tex­nologi­ya­lar” II beynəlxalq elmi-praktiki konfrans işinə başlayıb. Konfr ..

2023-12-04
AzTU

AzTU əməkdaşı Antalyada beynəlxalq konfransda iştirak edib

Türkiyənin Antalya şəhərində “Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə universitet kitabxanalarını yenidən düşünmək” mövzusunda beynəlxalq konfrans keçirilib. Anadolu Universitet Kitabxanaları Konsorsiumunun (ANKOS) təşkil etdiyi konfransda Azərbaycan Texniki Universitetini (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) Təlim və tədqiqat xidmətləri şöbəsinin müdiri Lamiyə Miryaqubova təmsil edib. Dünyanın müxtəlif ölkələrindən 500-ə yaxın nümayəndənin iştirak etdiyi konfransın panel və sessiyalarında süni intellektin kitabxanalara təsiri və tətbiqi, akademik kitabxanlarda inkişaf və yeniliklər, informasiyanın davamlılığı, verilənlər bazalarından istifadə, yeni texnoloji yeniliklərin tətbiqi və s. mövzularda çıxışlar olub. Konfrans çərçivəsində AzTU əməkdaşı “IEEE”, “Elsevier”, “EndNote”, “Wiley”,  “EBSCO İnformation Services”, “Springer Nature”, “Edward Elgar” və s. şirkətlərin nümayəndələri ilə görüşüb. Görüşlərdə AzTU KİM ilə yeni əməkdaşlıq əlaqələrinin qurulması haqqında faydalı müzakirələr aparılıb.

Türkiyənin Antalya şəhərində “Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə universitet kitabxanalarını yenidən düşünmək” mövzusunda beynəlxalq konfrans keçirilib. Anadolu U ..

2023-12-03
AzTU

AzTU əməkdaşı beynəlxalq konfransda çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Multikultural cəmiyyətdə kitabxanaların rolu” mövzusunda I beynəlxalq elmi konfrans keçirilib. Konfransda Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) Texniki xidmətlər şöbəsinin böyük mütəxəssisi Yeganə Cəfərova “Ümummilli Lider Heydər Əliyev Müasir Kitabxana Konsepsiyası” mövzusunda məqalə ilə çıxış edib. AzTU əməkdaşına konfransda fəal iştirakına görə sertifikat təqdim olunub.

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Multikultural cəmiyyətdə kitabxanalar ..

2023-12-03
AzTU

AzTU əməkdaşları şəhid məzunların anım gününə həsr olunan tədbirlərdə iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları universitetin Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn məzunları Hüseyn Abbasovun Hacıqabulda və Azər Musazadənin Qəbələdə keçirilən anım günü tədbirlərində iştirak ediblər. AzTU nümayəndələri şəhidlərin ailə üzvləri ilə görüşüb, onlar haqqında xatirələrini bölüşüblər. Həmçinin şəhidlərin məzarları ziyarət olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları universitetin Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn məzunları Hüseyn Abbasovun Hacıqabulda və Azər Musazadənin Q ..

2023-11-30
AzTU

AzTU-da insan alverinə qarşı mübarizəyə həsr olunan maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə insan alverinə qarşı mübarizəyə həsr olunan maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis polkovnik-leytenantı İbrahim Əhmədov, DİN-in Mətbuat xidmətinin əməkdaşları polis polkovnik-leytenantı Aytəkin Nəcəfova, polis baş leytenantı Ruslan Vəliyev və tələbələr iştirak ediblər. Görüş zamanı ölkəmizdə insan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində görülən işlər, insan alveri qurbanlarının müəyyən olunma üsulları barədə məlumat verilib. Bildirilib ki, insan alveri cinayətindən zərər çəkmiş şəxslər, insan alverinin ehtimal olunan qurbanları və potensial qurbanları İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərən 152 “Qaynar xətt”inə müraciət edə bilərlər. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə insan alverinə qarşı mübarizəyə həsr olunan maarifləndirmə tədbiri ..

2023-11-29
AzTU

AzTU-nun doktorantura səviyyəsində təhsil alan tələbələrlə görüş keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutu və Tədqiqat və inkişaf şöbəsinin təşkilatçılığı ilə doktorantura səviyyəsi üzrə təhsil alan tələbələrlə görüş keçirilib. Görüşdə elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov, beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Yüksək Təhsil İnstitutunun direktoru Anar Eminov, Tədqiqat və inkişaf şöbəsinin müdiri Bəxtiyar Bədəlov, Magistratura və doktorantura şöbəsinin müdiri Şahin Maşayev iştirak ediblər. Məqsəd doktorantların tədqiqat fəaliyyəti ilə tanışlıq, onların universitetlə əlaqələrinin gücləndirilməsi, tədris və tədqiqat fəaliyyətinə cəlb edilməsi imkanlarının müzakirəsi olub. Görüşdə qeyd olunan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, doktorantları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutu və Tədqiqat və inkişaf şöbəsinin təşkilatçılığı ilə doktorantura səviyyəsi üzrə təhsil alan tələbələrlə ..

2023-11-28
AzTU

AzTU-nun müəllimi Polşada tələbələrə mühazirə deyib

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının müəllimi Anar Hacıyev “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində Polşanın Rzeszow Texniki Universitetində akademik heyət üçün nəzərdə tutulmuş bir həftəlik mobillikdə iştirak edib. Anar Hacıyev Rzeszow Texniki Universitetində mühəndislik ixtisaslarının tədris metodologiyası ilə tanış olub, universitetin İstehsalat texnologiyaları və istehsalat mühəndisliyi kafedrasının akademik heyəti ilə birlikdə çalışmaq, müasir tədqiqat texnologiyaları ilə bağlı məlumatlar əldə etmək imkanı qazanıb. O, həmçinin Mexanika mühəndisliyi və aeronavtika fakültəsinin tələbələrinə mühazirə deyib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının müəllimi Anar Hacıyev “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində Polşanın ..

2023-11-28
AzTU

Almaniya şirkətlərinin rəhbər şəxsləri AzTU-da olub

Ölkəmizə səfərləri çərçivəsində Almaniyanın “Siemens Energy” şirkətinin Elm və texnika bölməsinin rəhbəri Yaşar Musayev və “DCH” Şirkətlər Qrupunun baş icraçı direktoru Gang Zhang Azərbaycan Texniki Universitetində (AzTU) olublar. “Siemens Energy”nin dünyada və ölkəmizdə uzunmüddətli fəaliyyətini diqqətə çatdıran Yaşar Musayev təmsil etdiyi şirkətin ali təhsil müəssisələri ilə əməkdaşlığa, xüsusilə birgə tədqiqatların yerinə yetirilməsinə önəm verdiyini bildirib. Geniş təqdimatla çıxış edən Gang Zhang rəhbərlik etdiyi şirkətlər qrupunun dünyada günəş enerjisi texnologiyaları sahəsində aparıcı şirkətlərdən biri olduğunu bildirib. O,  “DCH”in bərpa olunan enerji sahəsində davamlı olaraq texnoloji yeniliklər həyata keçirdiyini də diqqətə çatdırıb. AzTU-da görülən işlər və həyata keçirilən yeniliklər haqqında qonaqlara məlumat verən rektor Vilayət Vəliyev Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi baxımından yaşıl enerji texnologiyalarının tətbiqinin genişləndirilməsinə xüsusi diqqət ayrıldığını bildirib. Rektor ölkədə texniki sahədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin sözügedən istiqamətdə tədris və tədqiqat fəaliyyətinin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Daha sonra AzTU ilə şirkətlər arasında tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Ölkəmizə səfərləri çərçivəsində Almaniyanın “Siemens Energy” şirkətinin Elm və texnika bölməsinin rəhbəri Yaşar Musayev və “DCH” Şirkətlər Qrupunun baş icraçı direkt ..

2023-11-28
AzTU

Elm və Təhsil Nazirliyi "Effektiv kommunikasiya" mövzusunda seminar-təlim keçirib

Noyabrın 28-də Elm və Təhsil Nazirliyinin (ETN) təşkilatçılığı ilə “Effektiv kommunikasiya” mövzusunda seminar-təlim keçirilib.    Seminar-təlimin keçirilməsində məqsəd Elm və Təhsil Nazirliyinin tabeliyindəki qurumların əsas fəaliyyət istiqamətləri barədə geniş məlumatlandırma işini aparmaq, media sahəsində peşəkar vərdişlərin inkişafına dəstək olmaq, qurumlar və media arasında kommunikasiyanın düzgün təşkili kimi mövzularla bağlı bilik və bacarıqları təkmilləşdirməkdir.     Seminar-təlimdə nazirliyin qurum və layihələrinin, regional təhsil idarələrinin, ali təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları və media təmsilçiləri iştirak ediblər. Tədbirdə Azərbaycan Texniki Universitetini (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri - mətbuat katibi Sevinc İsgəndərova təmsil edib.    Açılış nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli iştirakçıları salamlayaraq seminar-təlimin əsas məqsədinin kommunikasiyanı möhkəmləndirmək, daha operativ informasiyanı təmin etmək olduğunu diqqətə çatdırıb.    Mətin Kərimli əlavə edib ki, həm media subyektləri, həm də Elm və Təhsil Nazirliyinin müxtəlif qurumları arasındakı mövcud şəbəkələşməni artırmaq da əsas məqsədlər sırasındadır.    Daha sonra Elm və Təhsil Nazirliyinin Təhsil islahatlarının əlaqələndirilməsi şöbəsinin müdiri Leyla Xəlilova "Elm və Təhsil Nazirliyinin Fəaliyyət Planı: əsas strateji istiqamətlər", Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov "Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətləri", Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova "Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətləri" mövzularında təqdimatlar ediblər.    Seminar-təlim çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov "Peşə təhsili: uğurlar və yeni çağırışlar", Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov "Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 2023-cü il ərzində fəaliyyət istiqamətləri" mövzusunda təqdimatlarla çıxışlar edib.    Seminar-təlimdə iştirak edən Dövlət Proqramı çərçivəsində ABŞ-nin Cənubi Florida Universitetində doktorantura təhsili alan Lalə Orucovanın təqdimatında "Hekayə necə yaradılır?" mövzusunda təlim keçirilib.   Seminar-təlim çərçivəsində iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Noyabrın 28-də Elm və Təhsil Nazirliyinin (ETN) təşkilatçılığı ilə “Effektiv kommunikasiya” mövzusunda seminar-təlim keçirilib. Seminar-təlimin keçirilməsində məqsəd Elm ..

2023-11-28