Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU ilə Türkiyənin Uşak Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU ilə Türkiyənin Uşak Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

05.07.2024     466     AzTU

Türkiyənin Uşak Universitetinin rektoru professor Ekrem Savaş ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

Qonaq AzTU-nun rektoru professor Viliayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər və həyata keçirilən yeniliklər haqqında qonağa ətraflı məlumat verib.

Ekrem Savaş Uşak Universitetinin fəaliyyəti barədə geniş məlumat verib. Görüşdə müvafiq istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşün sonunda hər iki universitet arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.


Digər xəbərlər