Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU professorunun ixtirası patent alıb

Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasının professoru Sevda Qasımovanın “Yağlarda və neft məhsullarında az miqdarda nəmliyin təcili təyini üsulu” adlı ixtirası beynəlxalq patent alıb. İxtira müəlliflik hüququ qorunmaqla müvafiq sahələrdə istifadə oluna bilər.

Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasının professoru Sevda Qasımovanın “Yağlarda və neft məhsullarında az miqdarda nəmliyin təcili təyin ..

2024-12-16
AzTU

AzTU tələbələri Hərb Tarixi Muzeyinə ekskursiya edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin bir qrup tələbəsinin Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil edilib. Qeyd olunub ki, iki mərtəbədən ibarət olan Hərb Tarixi Muzeyi 1992-ci ildə yaradılıb. Azərbaycan hərb tarixinin qədim dövrdən bu günə kimi keçdiyi inkişaf yolu, ordumuzun istifadə etdiyi texnikalar, silahlar barədə tələbələrə məlumat verilib. Tələbələr muzeydə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolar, sənədlər və ona məxsus əşyalar, hərbi geyim nümunəsi, ordu quruculuğu ilə bağlı gördüyü işlərlə tanış olublar. 44 günlük Vətən müharibəsinə həsr olunan Zəfər zalı, həmçinin muzeyin həyətində nümayiş olunan hərbi texnikalar barədə də tələbələrə ətraflı məlumat verilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin bir qrup tələbəsinin Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil edilib. Qeyd olunub ki, iki mərtəbəd ..

2024-12-16
AzTU

AzTU tələbələri Sumqayıt Texnologiyalar Parkına təcrübə səfəri edib

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri Sumqayıt Texnologiyalar Parkında (STP) təcrübə səfərində olub. Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və AzTU-nun Karyera və Məşğulluq Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Milli Karyera Həftəsi” layihəsi çərçivəsində təşkil olunan səfərdə 32 tələbə iştirak edib. AzTU tələbələri  burada sənayenin müxtəlif sahələrinin qabaqcıl istehsal texnologiyalarını öyrənmək imkanı qazanıblar. Təcrübə səfəri Maşınqayırma və robototexnika fakültəsinin sənaye mühəndisliyi, maşın mühəndisliyi və cihaz mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrinin bilik və bacarıqlarını praktiki təcrübə ilə zənginləşdirmək məqsədi daşıyıb. Tədbir çərçivəsində iştirakçılar müasir texnologiyalar və sənaye avadanlıqları ilə yaxından tanış olub, onlara peşəkar mütəxəssislər tərəfindən texnologiyaların tətbiqi və istehsal prosesləri ilə bağlı ətraflı məlumat verilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri Sumqayıt Texnologiyalar Parkında (STP) təcrübə səfərində olub. Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və AzTU-nun ..

2024-12-13
AzTU

Türkiyə-Azərbaycan Universitetinin professoru AzTU tələbələrinə mühazirə deyib

Türkiyə-Azərbaycan Universitetinin Qida mühəndisliyi bölümünün rəhbəri professor Umran Uyqun Azərbaycan Texniki Universitetində (AzTU) qida mühəndisliyi ixtisasında təhsil alan tələbələrə "Qida əlavələri" mövzusunda mühazirə deyib.  Mühazirədə təbii və süni qida əlavələri, onların növləri və təsiri, qida əlavələrindən istifadə qaydaları, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi barədə tələbələrə geniş məlumat verilib.  Sonda tələbələrin sualları cavablandırılıb.  

Türkiyə-Azərbaycan Universitetinin Qida mühəndisliyi bölümünün rəhbəri professor Umran Uyqun Azərbaycan Texniki Universitetində (AzTU) qida mühəndisliyi ixtisasında təhsil alan tələ ..

2024-12-13
AzTU

AzTU-da xalq şairi Hüseyn Arifin yubileyi qeyd olunub

Azərbaycan Texniki Universitetində (AzTU)  xalq şairi Hüseyn Arifin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. AzTU-nun Humanitar fənlər kafedrası və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın əməkdar artisti, mərhum müğənni Nəzakət Məmmədovanın Hüseyn Arifin misralarına köklənmiş ifası səsləndirilib. AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mİrzəyev Hüseyn Arif  yaradıcılığının ölkə ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə keçirilən tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. O, Hüseyn Arif yaradıcılığının Azərbaycan ədəbiyyatına dəyərli töhfə olduğunu bildirib. Hüseyn Arifin ailəsi adından çıxış edən şairin nəvəsi Tural Rəhmanzadə babasının 100 illik yubiley tədbirinin keçirilməsi, onun yaradıcılığının yüksək səviyyədə dəyərləndirilməsinə görə AzTU rəhbərliyinə təşəkkür edib. Tədbirin bədii hissəsində Azərbaycanın xalq artisi, pedaqoq  Gülyaz Məmmədova şairin şeirlərinə bəstələnmiş mahnılarla tədbir iştirakçılarına xoş ovqat  bəxş edib. Daha sonra AzTU  məzunu, "TRT Müzik" kanalında yayımlanan "Ben şarkı söylersem" musiqi yarışmasının qalibi Fərhad Rəhimli, Milli Konservatoriyanın tələbəsi Tahir Alxanov, AzTU-nun tələbələri Əlican Əliyev, Batuan Eroğlu, İsmail Eren Doğandemir, İbrahim Ulucan şairin sözlərinə bəstələnmiş musiqi nömrələri ilə çıxış ediblər.  Tədbirdə AzTU tələbələrinin Hüseyn Arifin poeziya nümunələri əsasında hazırladıqları kompozisiyalar, o cümlədən şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.

Azərbaycan Texniki Universitetində (AzTU) xalq şairi Hüseyn Arifin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. AzTU-nun Humanitar fənlər kafedrası və Tələbə Həmkarlar İttifaq ..

2024-12-13
AzTU

AzTU-da LMQS layihəsinin təlimləri keçirilib

Azərbaycan Texniki Universitetində (AZTU) “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” (LMQS) layihəsi çərçivəsində təlimlər  keçirilib. “Erasmus+KA2” proqramı üzrə həyata keçirilən təlimlər AzTU və Naxçıvan Dövlət Universitetinin (NDU) akademik heyəti üçün təşkil olunub. Təlimlərdə AzTU-nun  İqtisadiyyat və idarəetmə fakültəsinin müəllimləri iştirak edib. Təlimçilər rəqəmsal səhiyyə, səhiyyə xidmətləri sistemi və səhiyyə iqtisadiyyatı fənləri ilə bağlı akademik heyət üçün təqdimatlar edib. Bununla yanaşı, “Səhiyyə xidmətlərində keyfiyyət və risklərin idarə olunması” mövzusunda seminar keçirilib, Azərbaycan və Avropada səhiyyə xidmətlərinin təşkilinə dair fikir mübadiləsi aparılıb. Təlimlər Yunanıstanın Qərbi Attika Universitetinin əməkdaşları professor Panos Yannakopoulos, dosent Georgios Vassilopoulos, dosent Konstantinos Vasalos və Aggeliki Liarigkovinou tərəfindən aparılıb.

Azərbaycan Texniki Universitetində (AZTU) “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant ..

2024-12-13
AzTU

AzTU-nun kafedra müdiri beynəlxalq konfransda çıxış edib

Dekabrın 10-11-də Bakıda Daxili İşlər Nazirliyinin (DİN) təşkilatçılığı və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Avropa Yol Polisi Təşkilatlarının Regional Şəbəkəsinin “Yol hərəkəti təhlükəsizliyinə dair yol polisinin fəaliyyəti üzrə" 2-ci yüksək səviyyəli iclası “ keçirilib. Tədbirdə Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının müdiri dosent Razim Bayramov “Yol hərəkəti təhlükəsizliyinin beynəlxalq təcrübələr əsasında yüksəldilməsi yolları ” mövzusunda məruzə edib. Dünyanın 24 ölkəsindən 43 nümayəndənin, eləcə də çoxsaylı qeyri-hökumət təşkilatlarının və ekspertlərin iştirak etdiyi beynəlxalq əhəmiyyətli tədbir yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyət imkanlarının genişləndirilməsi, polis orqanları arasında regional əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına həsr olunub.8 sessiyadan, eləcə də 2 yüksək səviyyəli paneldən, 9 təqdimat və 4 açıq müzakirədən ibarət proqram əsasında iki gün davam edən iclasda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyət imkanlarının genişləndirilməsi, regional əməkdaşlıq və qarşılıqlı təcrübə məsələlərinə toxunulub.Sessiyalar və panel müzakirələrdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində mövcud problemlər və onların həlli yolları, yol-nəqliyyat hadisələrinin, xüsusilə ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının sayının, habelə iqtisadiyyata və ətraf mühitə vurduğu zərərin minimuma endirilməsi üçün innovativ həllərin tətbiqi və bu sahədə ictimai iştirakçılığın təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin effektiv idarə olunmasında informasiya texnologiyalarının tətbiqi üzrə texniki səviyyədə bilik və təcrübə mübadiləsi müzakirə olunub.

Dekabrın 10-11-də Bakıda Daxili İşlər Nazirliyinin (DİN) təşkilatçılığı və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Avropa Yol Polisi Təşkilatlarının Regional Şə ..

2024-12-13
AzTU

AzTU-da Türk Mühəndislik və Menecment Məktəbi yaradıldı

Son dövrlər Azərbaycanda, eləcə də Azərbaycan Texniki Universitetində (AzTU) əcnəbi tələbələr arasında Türkiyə vətəndaşlarının çoxluğu nəzərə alınaraq universitetdə Yüksək Təhsil İnstitutunun nəzdində magistratura təhsil səviyyəsi üzrə Türk Mühəndislik və Menecment Məktəbi yaradılıb. Məktəbin məqsədi Türkiyə-Azərbaycan qardaşlıq dəyərlərini və ənənələrini rəhbər tutaraq qabaqcıl təhsil proqramları əsasında türk dilində keyfiyyətli təhsil vermək və sənaye peşəkarları yetişdirməkdir. AzTU-nun COP29 tövsiyələrinin icrası istiqamətində işlərin görülməsi üçün yol xəritəsi də təqdim olunub.

Son dövrlər Azərbaycanda, eləcə də Azərbaycan Texniki Universitetində (AzTU) əcnəbi tələbələr arasında Türkiyə vətəndaşlarının çoxluğu nəzərə alınaraq universitetdə Yüks ..

2024-12-13
AzTU

AzTU Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təltif olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən "Elm və ali təhsilin beynəlmiləlləşməsi" mövzusunda tədbir təşkil edilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin və digər yerli və xarici qurumların nümayəndələri iştirak edib. Müzakirələr "Elmi universitetə necə gətirməli?" və "Ali təhsilin beynəlmiləlləşməsi" mövzularını əhatə edən panel sessiyalarla davam etdirilib. Tədbirdə Azərbaycan Texniki Universiteti (AzTU) beynəlxalq tələbələrlə iş sahəsində xüsusi nailiyyətlərinə görə təltif olunub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən "Elm və ali təhsilin beynəlmiləlləşməsi" mövzusunda tədbir təşkil edilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin, ali təhsil m ..

2024-12-12
AzTU

LMQS layihəsi çərçivəsində səhiyyə işçiləri üçün təlim keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Erasmus+KA2” proqramının “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” (LMQS) layihəsi çərçivəsində təlim təşkil edilib. Şərq-Qərb Tibb Mərkəzində “Səhiyyədə sahibkarlıq” mövzusunda təşkil edilən təlim AzTU-nun İqtisadiyyat və statistika kafedrasının baş müəllimi Mürşüd Mehdiyev tərəfindən keçirilib.  Təlim zamanı səhiyyədə yeni biznes strategiyalarının qlobal trendləri, süni intellektin səhiyyədə tətbiqi, səhiyyə sahəsində uğurlu texnoloji layihələr, səhiyyə idarəetməsində sahibkarlığın rolu, innovasiya yolu ilə səhiyyədə keyfiyyətin yüksəldilməsi mövzularında ətraflı məlumat verilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Erasmus+KA2” proqramının “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və ri ..

2024-12-12