Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun professoru Azərbaycan Metrologiya İnstitutunda təlim keçib

AzTU-nun professoru Azərbaycan Metrologiya İnstitutunda təlim keçib

19.05.2025     89     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müdiri professor Vaqif Həsənov Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) əməkdaşları üçün təlim keçib.

“Scopus bazasında məqalələrin dərc edilməsi” mövzusunda keçirilən təlimdə elmi məqalələrin beynəlxalq bazalarda, xüsusilə də “Scopus” indeksli jurnallarda dərc olunma prosesi, tələblər və uğurlu nəşr strategiyaları barədə ətraflı məlumat verilib.

İştirakçılar elmi tədqiqat işlərinin hazırlanması, məqalənin strukturu, yazılması, tərtibatı və təqdimatı, eləcə də uyğun jurnalın seçilməsi barədə məlumatlandırılıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.


Digər xəbərlər