Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib

AzTU-da Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib

19.05.2025     42     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) və Cəfər Cabbarlının ev-muzeyinin birgə təşkilatçılığı ilə 18 May – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylər tariximizdir” adlı tədbiri keçirilib. Tədbir çərçivəsində həmçinin muzeyin səyyar sərgisi təşkil olunub.

Tədbirdə AzTU-nun müəllim və tələbə heyəti, muzey və kitabxana işçiləri iştirak ediblər.

Cəfər Cabbarlının ev-muzeyinin hazırladığı, dahi dramaturqun zəngin ədəbi irsini əks etdirən səyyar sərgidə ədibin həyat və yaradıcılığıının müxtəlif dövrlərini əks etdirən maraqlı materiallardan və zəngin foto-arxivdən istifadə olunub.

Onun müxtəlif ədəbi janrlarda yaratdığı əsərlər haqqında, həmçinin mədəniyyətin müxtəlif sahələrindəki fəaliyyəti barədə geniş məlumatlar təqdim olunub. Sərgi materialları arasında Cəfər Cabbarlının uzun illər geniş oxucu kütləsindən gizli saxlanılan ədəbi nümunələri (“Ədirnə fəthi”,”Trablis müharibəsi”), eləcə də siyasi fəaliyyəti (1923-1927), məhbəs yaradıcılığı haqqında da bir sıra faktlar diqqətə çatdırılıb.

Tədbirdə çıxış edən Cəfər Cabbarlının ev-muzeyinin direktoru, dahi dramaturqun nəvəsi Qəmər Seyfəddinqızı tələbələrə Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı böyük xidmətlərindən, onun Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) quruculuğundakı fəal iştirakından, həbsxana yaradıcılığından bəhs edib.

AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev yazıçının ədəbi yaradıcılıqla bərabər incəsənətin müxtəlif vacib sahələrində gördüyü işlərdən, ədibin həm də istedadlı tərcüməçi və kino xadimi kimi tanınmasından danışıb.

AzTU tələbələri Sərxan Mikayıllı, Durna Həsənli və Canpolad Quliyev dramaturqun “Ana”, “Mən bir susmaz duyğuyam ki” və “Azərbaycan bayrağına” şeirlərini səsləndiriblər. AzTU-nun məzunu, gənc müğənni Fərhad Rəhimli ədibin sözlərinə yazılmış “Gərək günəş dağları aşıb sönməyəydi” və “Həyat söylə sən kiminsən” mahnılarını ifa edib.

Tədbirdə böyük sənətkarın həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.


Digər xəbərlər