Türkiyədə Tokat Gaziosmanpaşa Universiteti və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə II Beynəlxalq İqtisadi və İnzibati Araşdırmalar Konfransı keçirilib.
Tokat Gaziosmanpaşa Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsi və AzTU-nun İqtisadiyyat və statistika kafedrasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunan konfransda iqtisadi və inzibati elmlərin müxtəlif sahələri üzrə müzakirələr aparılıb. Tədbirdə bank və maliyyə, əmək iqtisadiyyatı və sənaye münasibətləri, ekonometrika, iqtisadiyyat, statistika, biznesin idarə edilməsi, dövlət idarəçiliyi, maliyyə və beynəlxalq iqtisadi münasibətlər mövzularında təqdimatlar edilib.
Konfransda AzTU-nu İqtisadiyyat və statistika kafedrasının dosentləri - Enerji və Dayanıqlı İnkişaf İnstitutunun direktoru Natəvan Namazova və Ömürboyu Öyrənmə Məktəbinin direktoru Aynurə İsmayılova təmsil ediblər.