Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Çinin beynəlxalq təşkilatının nümayəndə heyəti AzTU-da olub

Çinin beynəlxalq təşkilatının nümayəndə heyəti AzTU-da olub

19.05.2025     76     AzTU

Mənzil-qərargahı Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən “GEİDCO” təşkilatının (Global Energy Interconnection Development and Cooperaton Organization – Energetika Sahəsində Qlobal Qarşılıqlı Əlaqələrin İnkişafı və Əməkdaşlığı Təşkilatı) Əməkdaşlıq departamentinin direktor müavini Xu Ming-in rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU- elm və innovasiyalar üzrə prorektoru professor Sübhan Namazov və universitetin nümayəndələri ilə görüşüb.

Nümayəndə heyətini salamlayan Sübhan Namazov AzTU haqda məlumat verərək Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında bütün sahələrdə olduğu kimi, tədris və tədqiqat sahəsində də əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib.

Xu Ming təmsil etdiyi təşkilat barədə ətraflı məlumat verərək təşkilatın məramının Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verilməsi olduğunu vurğulayıb. O, təşkilatın məqsədinin, dövlət və özəl enerji şirkətləri, tədqiqat qurumları və ali təhsil müəssisələrini bir araya gətirməklə bütün dünyada dayanıqlı və yaşıl enerji təchizatının təmin edilməsini diqqətə çatdırıb. Təşkilatın nəzdində fəaliyyət göstərən Universitetlər Alyansı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Görüş zamanı GEİDCO ilə AzTU arasında elektroenergetika sahəsində birgə layihələr, elmi tədbirlər və mütəxəssis hazırlığının həyata keçirilməsi imkanları müzakirə olunub.

Qeyd edək ki, 2016-cı təsis olunmuş GEİDCO təşkilatının 141 ölkədən 1300-dən çox üzvü varr. Təşkilatın missiyası ölkələrarası qlobal enerji qoşulmalarını təşviq etmək və elektrik enerjisinə tələbatın yaşıl enerji hesabına təmin edilməsinə nail olmaqdır.


Digər xəbərlər