Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin bir qrup tələbəsinin Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil edilib.
Ekskursiya zamanı bildirilib ki, iki mərtəbədən ibarət olan Hərb Tarixi Muzeyi 1992-ci ildə yaradılıb. Tələbələrə Azərbaycan hərb tarixinin qədim dövrlərdən bu günə qədər keçdiyi inkişaf yolu, ordumuzun istifadə etdiyi müxtəlif texnikalar və silah nümunələri barədə geniş məlumat verilib.
Tələbələr muzeydə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolar, sənədlər, şəxsi əşyalar, hərbi geyim nümunəsi və onun ordu quruculuğu sahəsində gördüyü işlərlə yaxından tanış olublar.
Bundan əlavə, tələbələrə 44 günlük Vətən müharibəsinə həsr edilmiş Zəfər zalı, eləcə də muzeyin həyətində nümayiş etdirilən hərbi texnikalar barədə ətraflı məlumat təqdim edilib.