Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Xüsusi texnika və texnologiya fakültəsinin geniş tərkibdə iclası keçirilib

Xüsusi texnika və texnologiya fakültəsinin geniş tərkibdə iclası keçirilib

04.02.2026     46     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin geniş tərkibdə iclası keçirilib.

İclasda çıxış edən AzTU-nun tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli tədrisdə keyfiyyətin artırılması məqsədilə son illər görülən işləri diqqətə çatdırıb. O, bu istiqamətdə tədbirlərin ardıcıl şəkildə davam etdiriləcəyini vurğulayıb.

Daha sonra təqdimatla çıxış edən fakültə dekanı dosent Yadullah Babayev 2025/2026-cı tədris ilinin payız semestrinin nəticələri, görülən işlər, yaranan problemlər və onların həlli barədə iştirakçılara ətraflı məlumat verib.

Sonda AzTU-nun strateji məsələlər və kolleclərlə iş üzrə müşaviri Sevil İmanova “Ali təhsildə sillabusların hazırlanması (Modul 1) və tədris təqdimatlarının standartlaşdırılması (Modul 2)” mövzusunda təqdimatla çıxış edib.

İclas sual-cavab sessiyası ilə yekunlaşıb.


Related news