Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News UniClad layihəsi çərçivəsində hazırlanan mobil tətbiq “Caspian Agro 2022” sərgisində nümayiş olunur

UniClad layihəsi çərçivəsində hazırlanan mobil tətbiq “Caspian Agro 2022” sərgisində nümayiş olunur

19.05.2022     98     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu Erasmus+ KA2 proqramı çərçivəsində həyata keçirilən UniClad layihəsi üzrə hazırlanılan “Yem kalkulyatoru” mobil tətbiqi “Caspian Agro 2022” sərgisində nümayiş olunur.  

“Yem kalkulayatoru” mobil tətbiqi “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) çərçivəsində pilot olaraq hazırlanıb.  

Qeyd edək ki, universitet-sənaye işbirliyinin qurulmasını təşfiq edən UniClad layihəsi çərçivəsində AzTU-da İnnovativ Texnologiyalar Mərkəzi yaradılıb. Gələcəkdə bu mərkəzin informasiya texnologiyaları və sənaye əhəmiyyətli həllər üçün klasterə çevrilməsi nəzərdə tutulub. Mərkəzin işi çərçivəsində pilot olaraq hazırlanan “Yem kalkulyatoru” layihəsi Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsi və Aqrar İnnovasiya Mərkəzinin dəstəyi ilə hazırlanıb.  

Layihənin proqram təminatını AzTU-nun Mühəndis riyaziyyatı və suni intelekt kafedrasının baş müəllimi Natiq Qurbanov hazırlayıb. Texniki dəstəyin göstərilməsini AzTU-nun doktorantı Elnur Sadıqov, mobil tətbiqə məlumatların daxil edilməsini isə  AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbələri həyata keçirib. 

Milli "Erasmus +" ofisinin direktoru Pərviz Bağırov da  “Yem Kalkulyatoru” mobil tətbiqinin stendi ilə tanış olub, pilot layihənin funksionallığı ilə yaxından maraqlanıb.

Qeyd edək ki, “Caspian Agro 2022”sərgisi mayın 20-də başa çatacaq.


Related news