Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turniri yekunlaşıb

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turniri yekunlaşıb

15.05.2023     478     AzTU

Mayın 15-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin final oyunu keçirilib.

Final mərhələsində AzTU (Azərbaycan) və LDU (Rusiya basketbol komandaları qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən qarşılaşmada LDU (Rusiya) birinci, AzTU (Azərbaycan) basketbol komandası ikinci yerdə qərarlaşıb. TTK (Türkmənistan) komandası isə üçüncü yerin sahibi olub.

Qeyd edək ki, azarkeşlər turnirin bütün oyunlarını federasiyanın yutub kanalı vasitəsilə canlı izləyib.

Final oyununu isə “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanıb.

 


Related news