Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş Spartakiadanın futzal yarışı üzrə bağlanış mərasimi keçirilib. AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin və AFFA-nın nümayəndə heyəti, tələbələr və qonaqlar iştirak edib.
Oyunun nəticələrinə əsasən, Metallurgiya və kimya texnologiyası fakültəsi 1-ci, İqtisadiyyat və idarəetmə fakültəsi 2-ci, İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi isə 3-cü yerə layiq görülüb.
Qalib komandalar diplom, medal və kuboklarla təltif olunublar.