Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Ulu Öndərin anadan olmasının 102 illiyinə həsr olunmuş futzal yarışının bağlanış mərasimi keçirilib

Ulu Öndərin anadan olmasının 102 illiyinə həsr olunmuş futzal yarışının bağlanış mərasimi keçirilib

30.04.2025     82     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş Spartakiadanın futzal yarışı üzrə bağlanış mərasimi keçirilib. AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin və AFFA-nın nümayəndə heyəti, tələbələr və qonaqlar iştirak edib.

Oyunun nəticələrinə əsasən, Metallurgiya və kimya texnologiyası fakültəsi 1-ci, İqtisadiyyat və idarəetmə fakültəsi 2-ci, İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi isə 3-cü yerə layiq görülüb.

Qalib komandalar diplom, medal və kuboklarla təltif olunublar. 


Digər xəbərlər