Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News UDC Kənd Təsərrüfatı, Şəhərlərin Dayanıqlı İnkişafı və Ətraf Mühit Elmləri Kollecinin numayəndələri AzTU-da səfərdə olub

UDC Kənd Təsərrüfatı, Şəhərlərin Dayanıqlı İnkişafı və Ətraf Mühit Elmləri Kollecinin numayəndələri AzTU-da səfərdə olub

26.05.2022     580     AzTU

Kolumbiya District Universitetinin nəzdində  (UDC)  Kənd Təsərrüfatı, Şəhərlərin Dayanıqlı İnkişafı və Ətraf Mühit Elmləri Kollecinin (CAUSES) tədqiqatçısı Dylan Mehri və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndələri Will Hamilton, Elşən Baloğlanov, Tərlan Həmidov Azərbaycan Texniki Universitetində (AzTU olub.

Səfər çərçivəsində qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Rektor universitetdə görülən işlər və həyata keçirilən yeniliklər haqqında qonaqlara məlumat verib.  Dylan Mehri də öz növbəsində Kolumbiya District Universiteti haqqında geniş  məlumatla çıxış edib.  Görüşdə bərpa olunan enerji, su idarəçiliyi, dayanıqlı enerji və digər sahələr üzrə əməkdaşlıq istiqamətləri, eyni zamanda magistratura səviyyəsində ikili diplom proqramı haqqında da  müzakirələr aparılıb.

Görüşdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndəsi tərəfindən “Özəl Sektorun İnkişafı” layihəsi (PSA) haqqında da məlumat verilib və agentliyin hər iki universitet arasında əməkdaşlığı dəstəkləyəcəyi qeyd olunub.

     



Related news