Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Türkiyəli tələbələr AzTU-ya səfər edib

Türkiyəli tələbələr AzTU-ya səfər edib

02.09.2022     510     AzTU

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin təşkilatçılığı ilə türkiyəli tələbələr Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Türkiyənin müxtəlif ali məktəblərində təhsil alan sonuncu kurs tələbələrinin AzTU-ya səfəri “Təcrübə paylaşım” proqramı çərçivəsində həyata keçirilib. Əvvəlcə  tələbələr AzTU-nun müxtəlif tədris korpusları ilə tanış olublar. Onlar həmçinin TİKA-nın dəstəyi ilə yaradılan “Cezeri Lab” laboratoriyasına baxış keçiriblər. Laboratoriyada tələbələrə burada aparılan sınaqlar barədə ətraflı məlumat verilib.

Tələbələr daha sonra AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüblər. Görüş zamanı AzTU-da görülən işlər, həyata keçirilən innovativ yeniliklər barədə tələbələrə ətraflı məlumat verilib. 

  

  

  



Related news