Türkiyə-Azərbaycan Universitetinin (TAU) Qida mühəndisliyi bölümünün rəhbəri professor Umran Uyqun Azərbaycan Texniki Universitetində (AzTU) qida mühəndisliyi ixtisasında təhsil alan tələbələr üçün seminar keçib.
"Qida məhsullarında kimyəvi çirkləndiricilər" mövzusunda təşkil olunan seminarda qida məhsullarına torpaqdan, havadan və sudan keçən kimyəvi çirkləndiricilər haqqında, eləcə də qida məhsullarının istehsal, qablaşdırma, daşınma və saxlanma proseslərində kimyəvi çirklənmələrə məruz qalması aspektlərindən danışılıb.
Həmçinin qida məhsullarının çirklənmədən mühafizə olunması ilə bağlı xarici ölkələrin təcrübəsi qeyd olunub.
Seminarın sonunda tələbələrin sualları cavablandırılıb.