Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Tələbələrin iş imkanlarının artırılması məqsədilə görüş keçirilib

Tələbələrin iş imkanlarının artırılması məqsədilə görüş keçirilib

27.12.2024     266     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera və Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndələri ilə görüş keçirilib.

Məqsəd tələbələrin peşəkar inkişafına dəstək olmaq və onları potensial karyera imkanları barədə məlumatlandırmaq olub.

Görüş zamanı AzTU tələbələrinə İKTA-nın fəaliyyəti haqqında ətraflı məlumat verilib, daha sonra agentlikdə mövcud iş imkanları və təcrübə proqramları barədə təqdimatlar edilib.

Qeyd edək ki, AzTU-da universitet-sənaye əməkdaşlığının inkişafı çərçivəsində görülən işlərə uyğun olaraq, Karyera və Məşğulluq Mərkəzi tələbələrin əmək bazarına inteqrasiyası və ixtisaslarına uyğun iş imkanlarını artırmaq məqsədilə müxtəlif müəssisə, şirkət və dövlət qurumları ilə mütəmadi görüşlər təşkil edir.


Related news