Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti AzTU-nun “Mühendis Geliştirme Proqramı” emalatxanası ilə tanış olub

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti AzTU-nun “Mühendis Geliştirme Proqramı” emalatxanası ilə tanış olub

02.07.2025     82     AzTU

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Texniki Universitetinin (AzTU) “Mühendis Geliştirme Proqramı” (MGP) emalatxanası ilə tanış olub.

Qeyd olunub ki, MGP emalatxanası Türk Aviasiya ve Kosmik Sənayesi Şirkəti (TUSAŞ) ilə AzTU-nun əməkdaşlığı çərçivəsində qurulub. Emalatxanada Prezident Ersin Tatara AzTU və Milli Aviasiya Akademiyasının (MAA) tələbələrinin birgə hazırladığı müdafiə təyinatlı pilotsuz uçuş aparatı (PUA) haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, sözügedən PUA AzTU, TUSAŞ və MAA-nın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "AzTU-Turkish Aerospace, MGP 2023.1" yüksək ixtisaslı mühəndis hazırlığı təlim proqramı nəticəsində ərsəyə gəlib. PUA düşmən və dost təyinatı məqsədilə əsgərlərin geyindiyi formaların (beretlər) rənglərinə görə fərqləndirmək funksiyasına malikdir. PUA 50 metr hündürlükdə uçuş vasitəsilə öz missiyasını həyata keçirə bilir. Prosesin ümumi davametmə müddəti 14 dəqiqədir. Uçuş zamanı düşmən koordinatları proqram vasitəsilə avtomatik hesablanır, ümumi əsas məlumatlar təhlil olunaraq Yer İdarəetmə Stansiyasına ötürülür. Uçuş Yer Stansiya İnterfeysində (GUI-də) göstərilən məlumatlara PUA-nın istiqamətinə nəzarət etməklə həyata keçirilir.

Prezident Ersin Tatar emalatxanada fəaliyyət göstərən tələbələrlə görüşüb, onlara uğurlar arzulayıb. 


Related news