"Ordulu Texnologiya" şirkətinin baş icraçı direktoru Nizaməddin Ordulu Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaq AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb.
Görüşdə "Ordulu Texnologiya" şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələrlə bağlı məlumat verilib.
Tələbələrin şirkətdə təcrübə keçməsi, həmçinin şirkətlə universitetin birgə layihələr yerinə yetirməsi ilə bağlı müzakirələr aparılıb.