Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Qida mühəndisliyi ixtisasında təhsil alan tələbələr “AzGranata” MMC-yə ekskursiya edib

Qida mühəndisliyi ixtisasında təhsil alan tələbələr “AzGranata” MMC-yə ekskursiya edib

02.12.2024     302     AzTU

Azərbaycan Texniki Universisteti (AzTU) Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə qida mühəndisliyi ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan II kurs tələbələrinin Ağsu rayonunda yerləşən “AzGranata” MMC-yə ekskursiyası təşkil olunub.

Ekskursiyada Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının müdiri professor İsa Xəlilov, kafedranın ixtisas müəllimləri və Türkiyə-Azərbaycan Universitetinin professoru Ümran Uyqun iştirak edib.
Tələbələr burada məhsulun qəbulu və emalı sexləri ilə tanış olub, şirələrin alınması və qablaşdırılması proseslərini izləyiblər.

Tədqiqat laboratoriyasında qida məhsullarının tədqiqi üsulları və avadanlıqları haqqında tələbələrə geniş məlumat verilib. Ekskursiyanın sonunda dequstasiya zalında məhsulların dad meyarlarının müəyyən olunması xüsusiyyətləri də tələbələrin diqqətinə çatdırılıb.  


Related news