Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin Ağsu və Qəbələyə ekskursiyası təşkil olunub

Qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin Ağsu və Qəbələyə ekskursiyası təşkil olunub

03.11.2023     940     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın dizaynı və sənaye texnologiyaları
kafedrasının təşkilatçılığı ilə qida mühəndisliyi ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan II kurs tələbələri
nin Ağsu rayonunda “AzGranata” Məhdud Məsuliyyətli Cəmiyyətinə ekskursiyası təşkil olunub.  

Tələbələr burada məhsulun qəbulu və emalı sexləri ilə tanış olub, şirələrin alınması və qablaşdırılması proseslərini izləyiblər. Tədqiqat laboratoriyasında qida məhsullarının tədqiqi üsulları və avadanlıqları haqqında tələbələrə geniş məlumat verilib. Ekskursiyanın sonunda dequstasiya zalında məhsulların dad meyarlarının müəyyən olunması xüsusiyyətləri də tələbələrin diqqətinə çatdırılıb.

Qida mühəndisliyi ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan I kurs tələbələri isə Qəbələ şəhərində Gilan Qida Şəhərciyi ilə tanış olub. Burada tələbələr kartof emalı, limonad, şirə istehsalı zavodlarında istehsal proseslərini izləyib, hər bir məhsul üçün texnoloji xüsusiyyətlərlə tanış olublar. Bundan başqa tələbələr məhsulun qəbulu, qablaşdırılması və anbar işlərinin təşkili məsələləri ilə maraqlanıblar. Şəhərciklə tanışlıqdan sonra tələbələr Qəbələ rayonunda yerləşən “Savalan Winery” müəssisəsinə də ekskursiya ediblər. Burada üzüm tarlaları ilə tanışlıq, müxtəlif növ şərab məhsullarının istehsalı prosesini, həmçinin tədqiqat laboratorayiası ilə tanış həyata keçirilib.

Qeyd edək ki, Ağsu rayonu və Qəbələ şəhərinə təşkil olunan ekskursiyada Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının müdiri İsa Xəlilov da iştirak edib.


Related news