Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU ilə Özbəkistan universiteti arasında Anlaşma Memorandumu imzalanıb

AzTU ilə Özbəkistan universiteti arasında Anlaşma Memorandumu imzalanıb

17.02.2025     407     AzTU

Özbəkistanın Daşkənd Beynəlxalq Maliyyə İdarəetmə və Texnologiya Universitetinin rektoru Azizxon Nodirovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.  

Görüş zamanı universitetlər arasında müvafiq sahələrdə əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparılıb. Xüsusilə iqtisadiyyat və idarəetmə sahəsi üzrə birgə proqramların hazırlanması, tədqiqatların yerinə yetirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda AzTU ilə Daşkənd Beynəlxalq Maliyyə İdarəetmə və Texnologiya Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.


Related news