Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Maşınqayırma və robototexnika fakültəsinin tələbələrinin Bakı Gəmiqayırma Zavoduna təcrübə səfəri təşkil olunub

Maşınqayırma və robototexnika fakültəsinin tələbələrinin Bakı Gəmiqayırma Zavoduna təcrübə səfəri təşkil olunub

20.12.2024     256     AzTU

Azərbaycan Texniki Universisteti (AzTU) Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Maşınqayırma və robototexnika fakültəsinin sənaye mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbələrinin Bakı Gəmiqayırma Zavoduna təcrübə səfəri təşkil olunub. 

İxtisas rəhbəri professor Bəyalı Əhmədov və Bakı Gəmiqayırma Zavodunun Təlim və inkişaf bölməsinin rəhbəri Nəcəf Mustafayevin iştirakı ilə keçirilən səfərdə tələbələr zavodun ərazisində fəaliyyət göstərən müxtəlif istehsalat sahələri, təmir-bərpa sexləri ilə tanış olub, eləcədə onlara orada tətbiq olunan müasir sənaye avadanlıqları haqqında ətraflı məlumatlar verilib.


Related news