Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News İtaliyanın “Proges Engineering” şirkətinin direktoru AzTU-da olub

İtaliyanın “Proges Engineering” şirkətinin direktoru AzTU-da olub

08.07.2025     65     AzTU

İtaliyanın “Proges Engineering” şirkətinin direktoru Andrea İmbrenda və direktor müavini Asif Namazov Azərbaycan Texniki Universitetini (AzTU) ziyarət edib. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.

Andrea İmbrenda bildirib ki, bu artıq onun AzTU-ya ikinci səfəridir. Qeyd edib ki, AzTU ilə İtaliyanın texniki sahə üzrə ixtisaslaşan nüfuzlu ali təhsil müəssisələri arasında əlaqələrin qurulmasında hər zaman dəstəyini göstərməyə hazırdır.

Müzakirələr zamanı mühəndisliyin bütün istiqamətləri üzrə qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi, doktorant və gənc tədqiqatçıların birgə elmi-tədqiqat işləri aparması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Related news