Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin I forumu keçirilib

İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin I forumu keçirilib

20.10.2025     45     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) I forumu keçirilib.

Dekan Leyla Məmmədova TEC-in yaradılmasının əhəmiyyəti və gələcək perspektivlərini tələbələrin diqqətinə çatdırıb.

Daha sonra AzTU-nun Tələbə Elmi Cəmiyyətinin sədri Şərəfxanım Əliyeva TEC üzvü olmağın üstünlüklərindən danışıb.

Fakültənin sosial məsələlər, ictimaiyyətlə əlaqələr və infrastruktur üzrə dekan müavini Ülviyyə Kərimova TEC-in strukturu, qarşıda duran hədəflər, TEC nəzdində fəaliyyət göstərən klublar haqqında məlumat verib. O, tələbələri fakültə TEC-in “Gələcəyin texnologiyasını birlikdə yaradaq!” şüarı altında fəal olmağa səsləyib.

Kibertəhlükəsizlik kafedrasının müdiri Yadigar İmamverdiyev çıxış edərək TEC üzvlərinə uğurlar arzulayıb.

Daha sonra yerli və əcnəbi tələbələrdən ibarət bir qrup TEC üzvlərinin seçilmiş layihələri təqdim olunub.


Related news