“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi üzrə komitələrin idarə heyəti üzvlərinin növbəti işgüzar görüşü keçirilib. Görüşdə layihə çərçivəsində təsis ediləcək jurnalın adı, məzmunu, redaksiya heyəti, nəşr tarixi və digər mühüm məsələllər barədə müzakirələr aparılıb.
Görüşdə AzTU-nu elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov təmsil edib.
Qeyd olunub ki, jurnalda ECAR layihəsinə üzv olan ali təhsil müəssisələrinin uğurları, fəaliyyətləri, qarşılaşdıqları problemlər, əməkdaşlarının uğur hekayələri və layihə müddətində yaradılmış komitələrin fəaliyyət və tədqiqatlarının nəticələri öz əksini tapacaq. Jurnalın hazırlanması ilə bağlı Avropa təcrübəsinin öyrənilməsi üçün komitələrin idarə heyətinin üzvləri 3-7 iyul tarixlərində Belçikada səfərdə olacaq.