Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News “Databricks” şirkətinin əməkdaşı AzTU tələbələrinə seminar keçib

“Databricks” şirkətinin əməkdaşı AzTU tələbələrinə seminar keçib

16.05.2025     43     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının təşkilatçılığı ilə Big Data üzrə dünyanın ən böyük şirkətlərindən olan “Databricks” şirkətinin baş proqram təminatı mühəndisi Məhəmməd Vəliyev AzTU tələbələrinə "Apache Spark" proqram təminatı haqqında seminar keçib.

Kompüter elmləri, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi ixtisasları üzrə təhsil alan tələbələrin (bakalavr, magistr, doktorant) iştirak etdiyi seminarda "Apache Spark" proqramının daxili komponentlerinin (Execution model, stages, tasks) işləmə texnologiyası, həmçinin müxtəlif problemlərin həllində (audio, video faylların analizində) istifadə üsulları barədə ətraflı məlumat verilib. Bundan başqa, böyük həcmli məlumatları bulud texnologiyasında (cloud storage, məsələn Amazon S3-də) “Delta Lake” formatında yaddaşda saxlamaq, “Delta Lake”in daxili fayl formatının işləmə prinsipi və digər formatlarla (Apache Iceberg) müqayisəsi izah edilib.


Related news