Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News “CulTech” İnkubasiya Proqramı haqqında infosessiya keçirilib

“CulTech” İnkubasiya Proqramı haqqında infosessiya keçirilib

10.12.2024     259     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi və “SUP.VC” MMC-nin birgə təşkilatçılığı ilə tələbələr üçün “CulTech” İnkubasiya Proqramı haqqında infosessiya keçirilib. “CulTech” İnkubasiya Proqramı Mədəniyyət Nazirliyi və Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi ilə “SUP.VC” MMC tərəfindən həyata keçirilir.

İnfosessiya mədəniyyət sahəsində innovativ startapların inkişafını dəstəkləmək məqsədi daşıyan “CulTech” İnkubasiya Proqramı haqqında tələbələri məlumatlandırmaq və bu proqramdan yararlanmağa təşviq etmək üçün təşkil olunub.

12 həftəlik proqram çərçivəsində iştirakçılar texnologiya, dizayn, biznes və incəsənət sahələrində təlimlərdən yararlanmaq və mentorluq sessiyaları vasitəsilə layihələrini inkişaf etdirmək imkanı əldə edirlər.

Tədbirdə “CulTech”in məqsədləri, fəaliyyət istiqamətləri və qeydiyyat qaydaları barədə ətraflı məlumat təqdim edilib.

Sonda tələbələrin sualları cavablandırılıb.


Related news